İlqar Orucov:”Azərbaycan xalqı bu yalançı qəhrəmanları yaxşı tanıyır”

0

“Özünü müxalifət adlandıran amma fəaliyyətlərinin əsl mahiyyətində dövlətə qarşı xain mövqe dayanan, müxtəlif xarici siyasi qurumların alətinə çevrilən qüvvələrin iç-üzünü zaman-zaman görmüşük və bu adamlar hər zamankı kimi xaricdəki ağalarının sifarişlərini icra etməkdədirlər. Beynəlxalq birliyin, ayrı-ayrı dövlətlərin ölkəmizə qarşı münasibətini Azərbaycana qarşı yönləndirmək və ölkəmizin imicinə zərər vurmağı bu adamlar şəxsi istəkləri ilə deyil, alət olduqları beynəlxalq güclərin istəyi ilə reallaşdırırlar. Hansı ki, fərqli ölkələrə təsir etməklə bu beynəlxalq qüvvələr maraqlarını təmin edirlər, müxtəlif inqlablar edərək siyasi hakimiyyətləri dəyişirlər, firavan şəraitdə yaşayan xalqların bədbəxtliklərinə bais olurlar”.Millixəbər.az-ın məlumatına görə bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Sədrin sözlərinə görə, bu qüvvələrin nökərinə çevrilmiş Əli Kərimli üçün Ermənistanı demokratik dövlət adlandırmaq, Ermənistanın cinayətkar hakimiyyətinin leyhinə fikirlər söyləmək heç də çətin deyil: “Bu adamlar üçün milli maraqlar heç bir əhəmiyyət daşımır. Olmayan bir hadisəni ölkəmizin adına yazmaq cəhdləri, hansısa bir ölkədə baş vermiş bir hadisəni Azərbaycanın adına yazmaqla insanları çaşdırmaq hallarını biz ilk dəfə müşahidə etmirik. Onlar aldıqları təlimatları reallaşdıraraq ictimai rəydə yanlış mövqe formalaşdırmaqla çirkli bir üsulla mübarizə aparmaqdadırlar. Adi bir təbiət hadisəsindən belə siyasi məqsədlərlə istifadə etmək siyasi əxlaq elementi sayıla bilməz. Və bu hərəkətləri edənlər üçün yeganə məqsəd ölkədə qarışıqlıq yaratmaq, sabitliyi pozmaq, beləliklə də, ölkənin inkişafına mane olmaqdır. İddiaları ilə qabiliyyətləri tərs mütənasiblik təşkil edən, hakimiyyətdə olduqları qısa dönəmdə ölkəni dağılmaq həddinə çatdıran, 20 faiz torpağı ermənilərə uduzan, Surət Hüseynovun qorxusundan ölkəni başsız buraxaraq qaçıb gizlənən kərimlilər üçün yalnız qara rəng mövcuddur. “Utanmasan oynamağa nə var ki!” ifadəsi bu adamın boyuna biçilib və indi fikirləşir ki, aradan keçən 26 ildə xalq hər şeyi unudub. Müdrik Azərbaycan xalqı bu yalançı qəhrəmanları yaxşı tanıyır və onların siyasi riyakarlar olduğunu bilir. Ona görə də bu kimi fəaliyyətlə nəyəsə nail olmaq mümkün deyil, yalnız ürək bulandırmaq olar”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

15 + 15 =