İmişli rayonunda ilk dəfə olaraq İstixana kompleksi tikilib istifadəyə verilib+FOTOLAR

0

 

Ölkə başçısı cənab İlham Əliyevin xüsusilə son dövrlərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara, regionlarda investisiya qoyuluşunun cəlb edilməsi və əhalinin məşğulluğunun artırılması barədə tapşırıqlarına uyğun olaraq İmişli rayonunda, Araz çayının yaxınlığında 4 hektar sahədə tikintialtı sahəsi 2 hektar olan istixana kompleksi tikilmişdir. Araz Aqro Alko Kombinat Holdinq tərəfindən tikintisinə 2016-cı ilin may ayından başlanılan İstixana kompleksində tikinti-quraşdırma işləri zamanı 35 nəfər işlə təmin olunmuşdur. Kompleksdə məhsulların saxlanılması üçün anbarlar, iki qazanxana, yardımçı və inzibati binalar inşa edilmişdir.

İstixana kompleksi istilik-mühafizə pərdələri və havalandırma sistemi ilə təchiz edilmişdir. İstixanada müasir texnologiyaların tətbiqi nəticəsində enerji xərclərinə qənaət ediləcəkdir ki, bu da yetişdirilən tərəvəz məhsullarının maya dəyərinin aşağı olmasına və bazara rəqabətə davamlı məhsul çıxarılmasına imkan verəcəkdir. İstehsal prosesində yalnız orqanik gübrə və dərman preparatlarında istifadə olunacaqdır. İstehsal olunan tərəvəz məhsullarının daxili bazarla yanaşı, xarici ölkələrə də ixracı nəzərdə tutulur.

İstixana kompleksinin əkin sahəsinə torpağın yemlənməsi və bitkinin inkişafı üçün müxtəlif növ gübrələr verilmişdir. İstixanada əkiləcək bitkilərin suvarılması və dərmanlanması üçün 2 su anbarı inşa edilmiş, damla üsulu ilə suvarma sistemi quraşdırılmışdır. Hazırda kompleksə Hollandiyadan həm dadı, həm də xarici bazarda üstünlüyü ilə seçilən pomidor bitkisinin “Arletta” növü gətirilmiş, 52 min şitilin əkilməsi prosesinə başlanılmışdır. İstixanada pomidorla yanaşı xiyar, badımcan, bibər və digər tərəvəzlərin yetişdirilməsi nəzərdə tutulmuşdur.

İstixana kompleksi hesabına 50 nəfərə yaxın işçi qüvvəsinin daimi iş yeri ilə təmin olunması planlaşdırılmışdır. İstixanada işçilər üçün hər cür şərait yaradılmış, işçilər xüsusi geyimlərlə təchiz olunmuş, yemək və digər gündəlik tələbatlarının qarşılanması nəzərdə tutulmuşdur.

Zamin Zeynal Millixəbər.az

isti imisdli kom qq yen

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

four + three =