İmişli rayonunda Ümummilli liderin əziz xatirəsi ehtiramla yad edildi+FOTOLAR

0

Bu gün İmişli şəhərinin Heydər Əliyev parkında böyük izdiham vardı. Axın-axın insanlar Heydər Əliyev parkına gələrək Ümummilli liderin abidəsi önünə gül dəstələri düzür və xatirəsini dərin ehtiramla yad edirdilər. Bu da İmişli əhalisinin Heydər Əliyev şəxsiyyətinə və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevə sadiq olmalarının daha bir bariz nümunəsi idi. Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, Azərbaycanı böyük bir fəlakətdən xilas etmiş, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırlamaqla Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışmış, bununla da  müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə öz əbədi yerini tutmuşdur.
     Millixəbər.az xəbər verri ki, tədbirdə iştirak edən İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev, aparatın məsul işçiləri və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri də Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq bu böyük izdihamı yaxından izləmişdirlər. Anım mərasimi daha sonra Heydər Əliyev mərkəzində Ümummilli liderin həyat və yaradıcılığına həsr edilmiş qısametrajlı filmə baxışla davam etdirilib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

four × four =