İmişli YAP təşkilatının X ci konfransı keçirildi.

0

YAP İmişli rayon təşkilatının  X  konfransı  keçirildi.

 

YAP İmişli rayon təşkilatının sədri  Səfa Ağayev bildirdi ki,

Hörmətli siyasi həmfikirlər!

Hər birinizə məlumdur ki, rayon, şəhər təşkilatlarında konfrans nizamnaməyə uyğun olaraq ilk partiya təşkilatlarından seçilmiş nümayəndələrin iştirakı ilə keçirilir və seçilmiş nümayəndələrin əksəriyyəti konfransda iştirak etdikdə səlahiyyətli sayılır. Bu gün də YAP İmişli rayon təşkilatının  X  konfransına seçilmiş 369  nümayəndənin 366-si iştirak edir, üzürlü səbəbdən 3  nəfər nümayəndə iştirak etmir.

Millixəbər.az xəbər verir ki, bu gün konfransda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının  üzvü, Milli Məclisin  komissiya  sədri Hadı Rəcəbli , İmişli rayon İcra Hakimiyyətinin Başçısı cənab Vilyam Hacıyev , YAP Mərkəzi Aparatının məsul işçisi Ramin Mirzəyev və Səs Qəzetinin baş redaktoru   Bəhruz Quliyev iştirak edirlər. Mən dəvət olunan bütün qonaqlarımızı və konfrans nümayəndələrini salamlayır, konfransın işinə uğurlar arzulayıram.

Himn səslənir.       konfransın katibliyi seçilir.

Konfransın gündəliyi aşağıdakı qaydada təklif olunur və təsdiq olunur.

  1. YAP İmişli rayon təşkilatının fəaliyyəti haqqında hesabat məruzəsi – (məruzəçi Səfa Ağayev)
  2. YAP İmişli rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun hesabat məruzəsi – (məruzəçi Yaşar Hüseynov)
  3. YAP İmişli rayon təşkilatının X konfransının qətnaməsinin təsdiq edilməsi –(qətnaməni oxuyur Zamin Zeynalov)
  4. Təşkilati məsələ

YAP İmişli rayon təşkilatının sədrinin seçilməsi

  • YAP İmişli rayon təşkilatının Şura üzvlərinin seçilməsi
  • YAP İmişli rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun seçilməsi

Hesabatlar dinlədikdən sonra   çıxaşlar başlayır.

1.Əmirov Ramiz – Rayon Təhsil şöbəsinin müdiri

2.Validə Zülfiqarova – YAP İmişli rayon  təşkilatı Qadınlar Şurasının sədri

3.Əbdülov Ceyhun -Rayon Gənclər və İdman İdarəsinin rəisi

4.Qasımov Orucəli –  Rayon Baytarlıq İdarəsinin rəisi

  1. Səxavət Tağıyev -Əliqulular kənd orta məktəbinin direktoru

6.Ziya Paşayev     –        -YAP İmişli rayon Gənclər təşkilatının sədri

7.Zamin Zeynalov  – YAP İmişli rayon təşkilatı Gənclər Birliyinin idarə heyyətinin üzvü

Qətnamə oxunaraq təsdiq olunur.  YAP İmişli rayon təşkilatının hesabat məruzəsi qənaətbəxş hesab edilir.

Ağayev Səfa Malik oğlu yendən  YAP İmişli rayon təşkilatının sədi seçildi.

Konfransda  47 nəfərdən ibarət Şura üzvü və 17 nəfərdən ibarət idarə heyəti seçilərək təsdiq ulundu.

fikir və tövsiyyələrini bildirmək üçün söz Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının  üzvü ,Milli Məclisin komissiya sədri Hadı Rəcəbliyə verilir.Səs qəzetinin baş redaktoru çıxış edərək yeni seçilən heyətı uğurlar arzuladı.

Rayon İcra Hakimiyətinin Başçısı  Vilyam Hacıyevədə yeni seçilən heyətə öz təbriklərini  çatdırdı.

Sonda  bir qrup gəncə  YAP üzvülüyünün  vəsiqələri  təqdim olundu.

YAP İmişli rayon təşkilatının X konfransı bağlı elan olunur.

Azərbaycan Respublikasının Dövlət Himni səslənir.

                                                26 aprel 2017- ci il

            YAP İmişli rayon təşkilatının aparat rəhbəri  İlham Əsgərov

Millixəbər.az 


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

16 + 9 =