İmişlidə avtomobil kanala düşdü, sürücü xəstəxanalıq oldu

0

İmişlidə yol qəzası baş verib.

Millixəbər.az -ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Otuziki kəndi ərazisində qeydə alınıb. İmişli rayon sakini, 1977-ci il təvəllüdlü Qarayev Qarakişi Ənvər oğlu idarə etdiyi “Mitsubishi” markalı maşını kanala aşırıb.

Qəza zamanı müxtəlif xəsarətlər alan sürücü İmişli Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five × four =