“İmtahanların avqust ayının sonuna qədər uzanacağını gözlənilir” ÖZƏL – AÇIQLAMA

0

“İnsanların sağlamlığı hər şeydən önəmlidir. Amma düşünürəm ki, qaydalara əməl edilməklə imtahanların təşkili mümkündür”. Millixəbər.az xəbər verir ki, bu sözləri sia-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov pandemik vəziyyətin təhsil sektoruna neqativ təsirlərindən danışarkən deyib.

O bildirib ki, 2020-ci il abituriyentlər üçün olduqca uğursuz il oldu, mart ayının 3-dən orta məktəblərdə dərslər dayandı, ardınca onların qəbul və buraxılış imtahanlarında nəticə əldə etməsinə birbaşa təsir edən hazırlıq kursları və repititorların fəaliyyətinə də məhdudiyyət tətbiq edildi və nəticədə şagirdlər normal dərsdən geri qaldılar:

“Bu həftə növbəti dəfə karantin səbəbi ilə imtahanlar təxirə salındı. Bəli, insanların sağlamlığı hər şeydən önəmlidir. Amma düşünürəm ki, qaydalara əməl edilməklə imtahanların təşkili mümkündür. Son qərar şagirdlərə olduqca böyük psixoloji sarsıntı yaratdı. Artıq onların özlərinə olan inamı aşağı düşdü. Məhz bu amil onların qəbul imtahanlarındakı nəticələrinə ciddi şəkildə təsir edəcəkdir. Mövcud vəziyyətdə imtahanların avqust ayının sonuna qədər uzanacağını gözləmək olar. Bu da şagirdlərin həm psxioloji, həmdə zehni yorulmasına gətirib çıxaracaq. Hətta biz 9, 10, 18 və 19 iyunda keçirilən buraxılış imtahanlarında şagirdlərin nəticələrini təhlil edəndə onların əvvəlki illərlə müqayisədə zəif yazdıqlarının şahidi olduq”.

Ekspert təklif edib ki, qəbul və buraxılış imtahanları birləşdirilməklə vahid bir imtahan keçirilsin və əlavə edib ki, problemi yalnız belə həll etmək mümkündür:

“Belə ki, şagirdlər iki dəfə imtahana gəlməyəcəklər. Bununla yanaşı yollarda və ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması, şagirdlərin rahatlığının təmin olunması üçün imtahan keçirilən günlərdə digər vətəndaşların küçəyə çıxması qadağan olunmalıdır. İmtahanların vaxtının hər dəfə uzanması şagirdlərə psixoloji və mənəvi zərər vurmaqla yanaşı, valideynləri də əlavə xərcə salır. Belə ki, bir çox müəllim repititorlar və hazırlıq kursları onlayn xidmət göstərirlər. Normalda may ayında başa çatmalı olan hazırlıqlar imtahanların uzanması səbəbindən daha da uzanır və valideynlər əlavə hazırlıqlara pul ödəyirlər.

Ümumiyyətlə, karantin rejiminin uzanması özəl təhsil sektorunun fəaliyyətinə də cidi təsir göstərəcək və gələcəkdə onların fəaliyyəti sual altına düşəcək”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five + 16 =