İntihar edən məktəblilərin müəllimi DANIŞDI: “Biz də şokdayıq”

0

Xəbər verdiyimiz kimi, dünən iki məktəbli qız Lökbatanda yerləşən hündürmərtəbəli binanın damına çıxaraq özlərini yerə atıblar. Bununla bağlı artıq cinayət işi başlanıb.

İntihar edən hər iki şagird Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri olublar.

Təhsil müəssisəsindən Sfera.az-a verilən məlumata görə, hazırda hüquq-mühafizə orqanları məktəbdədir və məsələ araşdırılır.

“Əfruz və Mətanət hər ikisi yaxşı oxuyub, fəal , əlaçı şagird olublar. Onların istəyir müəllimlər, istəyir şagirdlərlə heç bir problemi yox idi. Biz özümüz də şokdayıq. Çünki uşaqlar ağlagəlməyən addım atıblar. Onlar bizim məktəbimizin gülü idi. Heç kim o uşaqların intihar edəcəyini gözləmirdi. Biz onları nə qədər sevirdik, əzizləyirdik. Onlayn da olsa, dərslərimizə qoşulurdular. Amma nə yazıq, belə oldu” -, deyə müəllimlərdən biri qeyd edib.

Qeyd edək ki, ötən gün intihar edən 2004-cü il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və Səmədova Əfruz Rafiq qızı hadisə yerində dünyasını dəyişib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

15 − 8 =