İradə Gülməmmədova Abşeron rayonunda ictimai-siyasi sabitliyi qoruyub saxlayır

0
Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır.
Bu qadınlar bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır.
İradə xanım Gülməmmədova Abşeron rayonunda yaranmış ictimai-siyasi sabitliyi qoruyub saxlamqla yanaşı sosial harmoniya halına gətirib. Son iki ildə Abşeron rayonunda demək olar ki, hətta fərdi qaydada belə kəskin sosial narazılıq aksiyası müşahidə edilməyib. Baxmayaraq ki, Abşeron rayonu Azərbaycanın ən mürəkkəb rayonlarından biri hesab olunur. Abşeron rayonu ərazisində on minlərlə məcburi köçkünün məskunlaşması həmin mürəkkəbliyi daha da artırıb. Lakin, zamanında yaranan ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf İradə xanımın rəhbərliyi dövründə sosial harmoniya qazanaraq yeni mərhələyə qədəm qoyub. Məhz bu məqam ilə İradə xanım bir qadının rəhbərliyinin uğurlu ola biləcəyini sübut edib.
Yeri gəlmişkən bu gün bütün dünyada qadınların idarəetmədə önə çıxması müşahidə olunur.
Teyyubə Hüseynova, 
Abşeron rayonu YAP Qadınlar Şurasının sədri, Əməkdar müəllim, Abşeron rayonu Saray Qəsəbə 3 saylı Tam Orta Məktəbinin direktoru 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eleven − 1 =