İradə Gülməmmədova, SAKİNLƏRLƏ Ceyranbatanda görülən işlərə yerində baxış keçirdi-FOTOLAR

0
Millixəbər.az xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın ötən ay rayonun Ceyranbatan qəsəbəsində keçirilən səyyar görüşü zamanı sakinlər qəsəbənin həkim məntəqəsinin əsaslı şəkildə təmir edilməsi, Gündüz Abdullayev küçəsində 9-ci binada mənzillərdən keçən mərkəzi kanalizasiya sisteminin yenilənməsi və 11-ci binada isə yeni kanalizasiya xətinin çəkilməsi barədə müraciət etmişdilər.

Sakinlərlə keçirilən görüş zamanı verilən tapşırıq öz müsbət nəticəsini verib.
Belə ki, hazırda Abşeron rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədovanın tapşırığına əsasən rayonun daxili imkanları hesabına Ceyranbatan qəsəbə həkim məntəqəsi əsaslı şəkildə təmir edilir, Gündüz Abdullayev küçəsində 9-ci binada mənzillərdən keçən mərkəzi kanalizasiya sisteminin yenilənməsi və 11-ci binada isə yeni kanalizasiya xətinin çəkilməsi işləri aparılır.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova adı çəkilən ərazilərdə olub, görülən işlərə yerində baxış keçirib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

twenty − 10 =