İTV-də zəhərlənənlər evə buraxılıb

0

İctimai Televiziya və Radio Yayımları Şirkətinin inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin hər ikisi evə buraxılıb.

 

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, şöbəyə gətirilən hər iki şəxsdə ciddi zəhərlənmə aşkarlanmayıb: “Onlar tüstüdən sıxılıblar, zəhərlənməyə keçməyib. Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətləri normallaşdığından evə buraxılıblar”.

 

Xatırladaq ki, sentyabrın 28-də gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “İctimai Televiziya və Radio Yayımları Şirkəti” nin inzibati binasında yanğın baş verib.

Yanğın zamanı 1974-cü il təvəllüdlü Qarayev Rövşən Yasin oğlu və 1979-cu il təvəllüdlü Quliyev Ramiz Tağı oğlu tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × 1 =