Kəmaləddin Heydərov qəza yerində olub- FOTOLAR

0

İyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş vermiş qəza nəticəsində Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində elektrik enerjisi ilə təminat əsasən bərpa olunub.
Millixəbər.az xəbər verir ki, baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin 3 iyul tarixli sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.

Dövlət Komissiyasının üzvü, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyulun 3-də və 4-də Mingəçevir şəhərində olub.

Nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrinin və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə sıradan çıxmış cərəyan transformatorunun hazırkı vəziyyəti ilə tanış olub, aparılan təmir-bərpa işlərini yaxından izləyib. Problemin qısa zamanda tam həll olunmasının vacibliyini diqqətə çatdıran nazir yaranmış vəziyyətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətində olduğunu vurğulayıb.

Kəmaləddin Heydərov təmir-bərpa işlərinin operativ şəkildə həyata keçirilməsi üçün aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verib.

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

19 − two =