Əməkdar artist Elza Seyidcahan ünvanına tənqidlər səsləndirən müğənni Kərim Abbasovla bağlı qərar verib.
Mİllixəbər.az-ın məlumatına görə bununla bağlı Axşam.az-a açıqlama verən müğənni bildirib ki, ona cavab verməyəcək:
“Onun haqqında danışmayacam. Bu baş verənlərə isə susuram. Heç bir cavab verməyəcəm”.
Qeyd edək ki, ifaçılar arasında qalmaqal Kərimin Seyidcahan Damlanın fotosunu “ATV maqazin onlarla” verilişində cıran zaman başlamışdı. Kərim Damlanı müdafiə etmiş, Elza isə buna əsəbiləşmişdi. Bu günlərdə isə E.Seyidcahan “Hər şey daxil” verilişində Kərimlə birlikdə qonaq olmaqdan imtina edib. İfaçılar arasında qalmaqal daha da alovlanıb.