“Klon”un qəhrəmanları 20 il sonra – Fotolar

0

Payızda məşhur Braziliya serialı “Klon”unun yayımlanmasından 19 il keçir.

Millixəbər.az xarici KİV-ə istinadən xəbər verir ki, ekran işi 2000-ci ildə lentə alınıb və 2001-ci ildə təqdim edilib. İngilis mediası serialın məşhur qəhrəmanları ilə bağlı yeni məlumatlar yayımlayıb.

44 yaşlı Covanna Antonella (Hade) və 47 yaşlı Murilo Benisio (Lukas) bir araya gəliblər. Ekran işindən sonra sevgili olan Hadi və Lukasın 2005-ci ildə oğlu Petra dünyaya gəlib. Övladı dünyaya gəldikdən sonra boşanan cütlük dostluq münasibətini qoruyub saxlayıb.

Antonella və Murilo oğlunun ad gününü birlikdə qeyd edib. 15 yaşı tamam olan övladlarına ad günü edən cütlüyün şəkilləri mediada da yayılıb. Aktyorların digər nikahdan olan uşaqlarl da orada yer alıblar.

Qeyd edək ki, Antonella boşanandan sonra amerikalı biznesmen Robert Lokaçio ilə ailə qurub. Onlar ancaq 4 ay evli qalıblar. Deyilənə görə cütlüyün boşanmasına səbəb iş adamının Murilonu qısqanması olub. Hazırda Hade obrazı ilə tanınan aktrisa rejissor Leonard Noqeyroy ilə xoşbəxt münasibətdədir. Onların Antoni və Sofi adlı iki övladı var.

Murilo isə ayrıldıqdan sonra “Klon”da onun qızı obrazını canlandıran Deboro Falabellə münasibət qurub. 7 il vətəndaş nikahında yaşayan cütlük 2019-cu ildə ayrılıb. Murilonun da başqa nikahdan bir oğlu var.

Murilo və Deboro

Covanna və Leonardo

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 × 3 =