Komitə sədri mədəniyyət sahəsində çalışan bir qrup ziyalı xanımla geniş fikir mübadiləsi aparıb – FOTO

0

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup yaradıcı, ictimai fəal xanımla görüşüb, onlarla mədəniyyətyönümlü müxtəlif layihələr, o cümlədən Azərbaycan, ümumən Türk dünyası mədəni irsi ilə bağlı kitab layihələri barədə fikir mübadiləsi aparıb. 

Millixəbər.az xəbər verir ki, görüşdə, Mədəniyyət İli kimi xarakterizə olunan 2021-ci il içində keçirilməsi planlaşdırılan festivallar, habelə yubuileyi bu ilə düşən klassiklərin yubileyinin qeyd olunmasında ziyalı xanımların, elm və mədəniyyət xadimlərinin üzərinə düşən mənəvi vəzifələr yönündə də fikir mübadiləsi aparılıb.

Dos.dr. Təhminə Bədəlova, Dos.dr. Təranə Turan Rəhimli, Dos.dr. Pərvanə Məmmədli,  Azərbaycanın Əməkdar artisti Nəcibə Hüseynova, Sankt-Peterburqda yaşayan araşdırmaçı-yazar Şahnaz Kamal, şair-publisist Könül Səid, ədəbiyyatşünas Gülnar Qasımlı, jurnalist Şahanə Müşfiq, dekorativ-tətbiqi sənət ustası, rəssam Surə Seyidova Komitə sədrinə səmimi görüş və fikir mübadiləsi üçün təşəkkür edib. Qonaqlara Qarabağ motivli xatirə hədiyyələri təqdim olunub.


No description available.

No description available.

No description available.

No description available.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

fifteen − 5 =