Komitə sədrindən ÇAĞIRIŞ: Azərbaycan banklarında kifayət qədər valyuta var

0

Milli Məclis “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyi müzakirəyə çıxarıb. 

“Qafqazinfo” xəbər verir ki, layihə barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Bildirilir ki, edilən dəyişikliyə əsasən, əmanətlərin sığortalanması müddəti 9 ay müddətinə qədər uzadılıb. Bu müddət 4 mart 2020-ci il tarixindən 4 dekabr 2020-ci il tarixinə qədər olan dövrü əhatə edəcək.

T. Mirkişili bildirib ki, dünyada epidemiyanın yayılması nəticəsində neftin qiymətləri 30-35 dollara qədər enib: “Epidemiyanın yayılmasının iqtisadiyyata təsiri iyun ayında bitəcək. Neftin qiymətinin bu həcmdə olması dövlət büdcəsini  273-340 milyon ətrafında azalda bilər. Əhalini heç bir təlaşa düşməməyə çağırıram. Azərbaycan banklarında kifayət qədər valyuta var”

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

thirteen + five =