Könüllülərinin iştirakı ilə Heydər Əliyev Mərkəzinə və Dövlət Rəmzləri Muzeyinə ekskursiya təşkil edilib.

0

Ekskursiya çərçivəsində Könüllülər Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət etmişdir. Mərkəzin əməkdaşları tərəfindən Könüllülərə ətraflı məlumat verilərək bildirilib ki, muzeydə dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlər nümayiş etdirilir.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova dövlət müstəqiliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmlənməsində, iqtisadi sosial və mədəni sahələrdə inkişafın təmin edilməsində, milli mənəvi dəyərlərin dirçəlişində, Azərbaycançılıq məfkurəsinin milli idealogiyaya çevrilməsində Ulu Öndər Heydər Əliyevin göstərdiyi böyük xidmətlərdən söz açaraq sonsuz ehtiram və əbədiyyət qazandırdığını könüllülərin diqqətinə çatdırmışdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gündə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin dinamik inkişafının təmin olunduğunu və çox mühüm nailiyyətlərin əldə olunduğunu bildirib.
Könüllülər daha sonra Göygöl Rayon Dövlət Rəmzləri Muzeyində olmuşlar. Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev tarix ərzində Azərbaycan ərazisində formalaşmış dövlətlərin atributları haqqında könüllülərə ətraflı məlumat vermiş, milli vətənpərvərlik ruhunun inkişaf etdirilməsi mövzusunda onlarla söhbət aparmışdır.
Ekskursiyanın sonunda Azərbaycan Dövlət Bayrağına həsr olunmuş film nümayiş olunmuş və xatirə şəkili çəkdirilib.

Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

16 − 7 =