Koronavirusun cinsi yolla ötürülmə qabiliyyəti sübut edilib

0

Çinli alimlər koronavirusun cinsi yolla ötürülə biləcəyini təsdiqləyiblər.

Bu barədə “Reuters” agentliyi “Journal of the American Medical Association” jurnalında dərc olunan araşdırma materiallarına istinadən məlumat yayıb.

Xəstəliyin ötürülməsinin yeni üsulu Şantsyu Şəhər Xəstəxanasında (Çin) kişi xəstələri testdən keçirməklə alınan məlumatlarla yoxlanılıb. Müayinədən keçən xəstələrin 16 faizinin spermasında SARS-CoV-2 izlərinə rast gəlinib. Mütəxəssislər müayinə olunan xəstələrin tədricən sağaldıqlarına baxmayaraq, hələ də yoluxdurma qabiliyyətini saxladıqlarını bildiriblər.

Alimlər qeyd edirlər ki, testlər xəstələrin kiçik qrupunda aparılıb, buna görə də, real məlumatlar dəyişə bilər.

Onların sözlərinə görə, bu mövzuda geniş tədqiqat aparmaqla yanaşı, COVID-19-un xəstələrin reproduktiv sisteminə uzunmüddətli perspektivdə necə təsir göstərə biləcəyini də aydınlaşdırmaq lazımdır.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

fourteen + eleven =