Kubra Əliyarlı: İşğalçı Ermənistan istər hərb, istərsə də siyasət meydanında ağır məğlubiyyətə uğradılı

0

“2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi daxil oldu. Məhz Azərbaycan dövlətinin, ordumuzun və xalqımızın birliyi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbəni şərtləndirdi və Ermənistanı məğlub edilmiş tərəf kimi kapitulyasiya aktını imzalamağa məcbur etdi. 44 günlük Vətən müharibəsində müzəffər ordumuz misilsiz rəşadət göstərərək irəlilədi, öz torpaqlarını azad etdi və düşmənin uzun illər yaratmağa çalışdığı “yenilməz ordu” mifini darmadağın etdi. Beləliklə, işğalçı Ermənistan istər hərb, istərsə də siyasət meydanında ağır məğlubiyyətə uğradılıb”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının baş məsləhətçisi Kubra Əliyarlı deyib.

K.Əliyarlının sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq tribunalardan dəfələrlə bəyan etmişdi ki, Azərbaycan Ermənistanın işğalı ilə heç bir zaman barışmayacaq və bu məsələdə heç bir güzəştə getməyəcək: “Lakin Ermənistanın indiki hərbi-siyasi rəhbərliyi atdığı addımlar və verdiyi açıqlamalarla dəfələrlə danışıqlar prosesini kobudcasına pozdu, Azərbaycanın beynəlxalq hüquqla təsdiq edilmiş ərazi bütövlüyünə qarşı işğalçılıq siyasətini davam etdirdi. Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlayan və Vətən müharibəsi ilə tarixi torpaqlarımızı işğaldan azad edən ordumuz öz qətiyyətini, gücünü və peşəkarlığını bütün dünyaya sübut etdi”.
“2021-ci ilə qədəm qoyduğumuz bu günlərdə Azərbaycan xalqı dövlətimiz və ordumuzla birliyinin və həmrəyliyinin təntənəsini qürurla yaşayır. Azərbaycan özünün yeni dönəminə qədəm qoyur. Belə ki, sonrakı mərhələdə erməni terroru, vandalizmi nəticəsində dağıdılmış, yerlə-yeksan edilmiş yurd yerlərimizin bərpa olunması, uzun illər məcburi köçkün həyatı yaşayan soydaşlarımızın doğma Qarabağ torpaqlarına qayıtması üçün təxirəsalınmaz tədbirlər görülür”, – deyə K.Əliyarlı qeyd edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × four =