Lətifə Əliyeva QƏLƏBƏ ƏZMİNDƏ olan SEÇİCİLƏRLƏ Şəhidlər xiyabanını ziyarət edib+VİDEOREPORTAJ

0

Millixəbər.az-ın çəkiliş qrupu növbəti dəfə 66 saylı Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Əliyeva Lətifə Oruc qızının Biləsuvar rayon mərkəzində yerləşən seçki qərargahında olub. 

Deputatlığa namizəd Əliyeva Lətifə Oruc qızının seçki qərargahına gələn seçicilər yüksək dəyər verib seçdikləri,seçilməsinə böyük diqqət və qayğı ilə yanaşdıqları namizədlə bağlı fikirlərini Millixəbər.az-a bölüşüblər.

Deputatlığa namizədin seçki qərargahının fəalları və çoxsaylı seçicilərlə birlikdə Əliyeva Lətifə Oruc qızı təbliğat-təşviqatı çərçivəsində Biləsuvar rayonunda şəhidlər xiyabanına gedərək şəhidlərimizin əziz xatirəsini yad edib, ruhlarına dualar oxuyublar.

Şəhidlər xiyabanında seçicilərin qarşısında çıxış edən Lətifə Əliyeva bildirdi ki, şəhidlərin əziz xatirəsi daima yad edilməlidir. Onlar bizim müstəqilliyimiz yolunda öz canlarından keçiblər. Natiq qeyd etdi ki, Biləsuvarlı seçicilərin etimadanı qazanıb seçilərsə şəhid ailələrinə,qazilərə,sosial proplemləri olan vətəndaşlara diqqət və qayğı ilə yanaşacaq. Bir hüquşünaş qadın kimi hüququ pozulanların hüquqlarını müdafiə edəcək,işsiz qadınların işlə təmin edilməsi istiqamətində öz qüvvə və bacarığı səfərbər edəcək.

Deputatlığa namizəd Lətifə oruc qızı Əliyeva seçildiyi təqdirdə hər bir Biləsuvarlı sakinin yanında olacağına söz verdi.

Görüşdə fəal iştirak edən seçicilər çıxış edərək uğurlu namizəd olaraq Lətifə xanımı seçdiklərini, Lətifə Əliyevanın onların qayğı və problemlərinə həsaslıqla yanaşdığını bir daha diqqətə çatdırdılar.

9 fevralda seçki məntəqələrinə gələrək Lətifə Əliyevanı dəstəkləyəcəklərini ona yekdiliklə səs verəcəklərini bildirdilər.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eight + 17 =