Lətifə Orucun ŞUŞA BAYRAMI-CAN ŞUŞA BİZİ QARŞILA…

0

Yaramız sağaldı, dərdimizə dərman oldu ŞUŞA… 

Bu ilin may ayın 8-də Şuşanın işğal ildönümü gününün axşamı sosial şəbəkədə maraqlı bir status diqqətimizi özünə cəlb etdi.
2019-cu ildə ölkəmizdə keçirilən növbədən kənar parlament seçkilərində 66 saylı Biləsuvar seçki dairəsindən deputatlığa namizəd olmuş,tanınmış hüquqşünas, məşhur qrossmeyster Rauf Məmmədovun anası Lətifə Oruc (Əliyeva) özünün facebook səhifəsində Qarabağımızın ayrılmaz diyarı, Azərbaycanın mədəniyyət beşiyi ŞUŞA şəhəri ilə bağlı vətənpətvərlik ruhlu status paylaşmışdı.
Həmin statusda erməni siyasi hərbi rəhbərliyinin ŞUADA bayram əhval -ruhiyəli hərəkətləri bütün Azərbaycan xalqı kimi Lətifə xanımıda qəzəbləndirmişdi.Doğma Şuşamızdan ermənilərin etdikləri bu nəlayiq hərəkətlərə dözə bilməyən Lətifə xanım Oruc bir ana harayı qopararaq ŞUŞANI erməni qəsibkarlarından tezliklə azad etməyə səsləmişdi. Qeyrət mücəssiməli Azərbaycan qadının örnək dolu,
vətənpərvərlik əhəmiyyıtli  düşüncələrini təqdim etməyi özümüzə borc bildik.
Lətifə Orucun o zaman dediklərini olduğu kimi sizlərə yenidən təqdim edirik.

Lətifə Orucun dediklərindən…

Mən düşünürdüm ki,  Şuşada baş verənlərdən sonra bizlər səhərə kimi özümüz  özümüzü silkələyərək deməliydik ki, bəsdir yatdıq.Qeyrət yerimiz olan torpaqlarımızda erməni dığaları at oynadır.Artıq oyanmalıyıq. Qoruya bilmədiyimiz (qeyrətimiz olan) torpaqlarımızı erməni diğalarından özümüzə qaytarmağın vaxtıdır.
Səhər televizoru açıb bütün kanallara baxdım,görüm yaralı yerimiz olan ŞUŞAMIZDAN nəsə göstərib danışırlarmı?
verlişlərdə hər şeyin verilməsinə rast gəldim,ancaq yaralı,küskün ŞUŞAMIZ barəsində heç nə görmədim ve heç nə eşitmədim.Onuda demək istəyirəm Allaha şükür ki, ölkəmizdə az qalır generalların sayı əskərlərimiz qədər olsun!Belə olduğu bir halda sual yaranır,onlar dünən ŞUŞADA baş verənlərdən sonra axşam rahat yata bildilərmi?                                                        Gəlin hər birimiz özümüzü düşünməyi kənara qoyaq.Gəlin erməni dığalarında olan yaralı,küskün torpaqlarımıza görə birləşək .İnanın ki, qorumadığımız torpaqlarımız və gələcək nəsillərimiz bizi bağışlamayacaqlar!

Lətifə orucun Şuşa arzusu reallaşdı…

Dəyərli vətən qızı, qeyrət müəcəssiməli Lətifə xanım bu gün isə bizə zəng vurub dedi ay oğul Prezidentimiz, fədakar ordumuz Şuşanı bizə qaytardı, arzuma çadım,daha ölsəmdə dərdim yoxdu,yarama məlhəm oldu ŞUŞA…
Bəli, dəyərli oxucular! bu gün Lətifə xanım sevinc göz yaşlarını qürur hissi ilə qələbə zəfərini bizimlə paylaşarkən bir neçə ay öncə bizi ŞUŞAYA SƏSLƏDİYİ YAZISI YADIMIZA DÜŞDÜYÜNDƏN HƏMİN YAZINI YENİLƏMƏK İSTƏDİK Kİ, BİZDƏN LƏTİFƏ XANIMA ƏN XOŞ,YADDA QALAN HƏDİYYƏ OLSUN!

LƏTİFƏ XANIMIN BAYRAM ƏHVALI…

Sevincimin həddi-hedudu yoxdur, yaramız sağaldı, dərdimizə dərman oldu ŞUŞA, Şəhidlərimizin ruhu şadlandı bu gün, şəhid analarmızın nisgilinə son qoyuldu. Torpaq itgisi çox ağırdır. Bilirsiniz torpaq itgisi,qeyrət itgisi kimidir. Allaha çox şükür ki, torpağımızı azad etdik. İndi övladlarımızın üzünə rahat-rahat baxa biləcəyik.
Şuşa Azərbaycanın mədəniyyət beşiyidir, alınmaz qalasıdır Azərbaycanımın! . Bu gün Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər ordumuz düşmənin bağrına əbədi sağalmaz xəncər sancdı. Düşmən rədd oldu Şuşamızdan, cıdır düzündən, indi cıdır düzündə Qarabağ atları igid əsgərlərimizə meydan sulayacaqlar.
Cənab Ali Baş Komandanımızın Türkün gücünü bütün dünyaya nümayiş etdirdi.
Sayın cumhur BAŞKANIM ƏRDOĞANIN Vətən müharibəsində bizə qardaşlıq dəstəyi TARİXƏ QIZIL HƏRFLƏRLƏ YAZILDI…
ŞUŞA AY ŞUŞA SƏNƏ QURBAN ŞUŞA,
DARIXMA GƏLİRİK XARI BÜLBÜLÜNÜ DƏRMƏYƏ,
CIDIR DÜZÜNDƏ AT SÜRMƏYƏ,
İSA BULAĞINDAN SU İÇMƏYƏ,
SƏNƏ GƏLİRİK AY ŞUŞA BÜTÖV AZƏBAYCANLA,
QARŞILA BİZİ GÜLLƏ, ÇİÇƏKLƏ AY ŞUŞA, CAN ŞUŞA, CAN SƏNƏ QURBAN ŞUŞA… illərillərp
ŞUŞADA GÖRÜŞMƏK DİLƏYİ İLƏ…

Zamin Zeynal

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seventeen − ten =