Lamiyə Həsənzadə:Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, ərazi bütövlüyünü bərpa edə bildi

0

Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı. 

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi  əhəmiyyətə malikdir.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə            Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistana masa arxasında oturmağa məcbur etdi. Nəhayət Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyənat imzaladılar. Bu sənəd Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq yaddaşlara həkk olundu.

Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi.

Azərbaycanın bugünkü inkişafı, beynəlxalq aləmdə qazanılan mövqe, düşmən üzərində tarixi qələbəmiz, ölkədə yaranmış ictimai – siyasi sabitlik göstərir ki, xalqın seçimi uğurlu olmuşdur, yol düzgün seçilmiş, reallıqlar düzgün qiymətləndirilmişdir. Çünki Heydər Əliyev ideyalarına, əməllərinə arxalanan xalqın yolu aydın, ömrü xoşbəxt, gələcəyi uğurludur və daha da uğurlu olacaqdır. Biz bunu Ulu Öndərimizin etibar etdiyi, özü qədər inandığı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin timsalında, Yeni Azərbaycan Partiyasının fəaliyyətində, xalqımızın birlik və həmrəyliyində aydın görürük. Heydər Əliyev ideyalarından qaynaqlanan YAP cənab İlham Əliyevin rəhbərliyi sayəsində yeni keyfiyyət mərhələsinə qədəm qoymuş, xalqın çox böyük hörmətini və dəstəyini qazanan güclü siyasi təşkilata çevrilmişdir. Yeni Azərbaycan Partiyasının VII qurultayı bunu bir daha nümayiş etdirdi və həqiqətən də xalqın partiyası olduğunu sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, YAP – ın sədri İlham Əliyev qurultayda partiyanın yaranma tarixindən, onun keçdiyi şərəfli yoldan danışarkən demişdir: “ Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Burada, əlbəttə ki, onun 1970 – 1980 – ci illərin əvvələrində gördüyü işlər önəmli rol oynayırdı”.

Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir.

Lamiyə Həsənzadə,

Xırdalan şəhər 6 Nömrəli Tam Orta Məktəbin direktoru

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

13 + nine =