Leyla Seyidbəyova Mehriban xanım Əliyevanın səhiyyəyə qayğısından danışaraq TƏBRİK ETDİ

0

Mehriban xanım Əliyevanın həyat fəaliyyətini təhlil edən tədqiqatçılar bir məqamı xüsusi vurğulayırlar: Mehriban xanım təbiətən böyük humanist şəxsiyyətdir!

Hazırda cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlar, müstəqil Azərbaycanın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən – qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Bu gün Müstəqil Azərbaycan qadınları Parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında, IKT sahəsində kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar.

Dünyanın bütün məşhur şəxsləri “Hər bir uğur qazanmış kişinin arxasında bir qadın dayanır” fikrini təsdiq edir. Lakin, hər bir uğur qazanmış qadının arxasında ona hərtərəfli dəstək olan kişi dayanır. Və təkcə kişi deyil, bütövlükdə ailə, mənəvi dəyərlərə bağlılıq dayanır. Biz qadınlarımızı hansı obrazda görmək istəyirik? Özünə inamlı, güclü, professional, eyni zamanda, öz ocağının qoruyucusu kimi. Belə bir balans və harmoniya mümkündür. Bu gün bizim qadınlarımız arasında belə nümunələr var. Cənab Prezident İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir. Elə Mehriban xanım da, qeyd edir ki, “ Mənim ölkənin Birinci vitse-prezidenti təyin olunmağım barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, mənim artıq uzun illər Prezidentin təkcə həyat yoldaşı deyil, deyə bilərəm ki, həmməsləki olmağım yəqin ki, öz rolunu oynayıb. Lakin düşünürəm ki, onun belə qərara gəlməsinin səbəbi bu deyildi. Əsas budur ki, rəhbər vəzifədə – Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə istinad edərək qəbul etmişdir. Buna görə də, əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam.” Respublikanın Birinci vitse-prezidentiti Mehriban xanım, ailəsinə göstərdiyi qayğı, eyni zamanda, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir.

Azərbaycanın birinci xanımı gənclərin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması aspektində də çox səmərəli layihələr həyata keçirib. Onların sırasında sosialyönümlü layihələr ayrıca yer tutur. Bu bağlılıqda səhiyyə sahəsinə yardımların göstərilməsi önəm daşıyır. Mehriban xanım bu sahənin infrastrukturunun yeniləşdirilməsi və vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün əhəmiyyətli addımlar atır. O, xüsusilə tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə və həssaslıqla yanaşır. Belə ki, “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Mehriban xanım bu xəstəliklərdən əziyyət çəkən körpələrin və uşaqların şəfa tapmasına imkan yaradıb. İndi Talassemiya Mərkəzi minlərlə insanın ümid yerinə çevrilib.
Mehriban xanımın Birinci vitse-prezident olması Azərbaycanda qadınların idarəetmədə geniş təmsil olunmalarının konkret göstəricilərindən biridir. Bütün dünya görür ki, ölkənin uğurla idarə edilməsində yüksək intellekt və ədalət nümunəsi olan azərbaycanlı qadın son dərəcə fəal iştirak edir. Bu sahədə Azərbaycanın birinci xanımı bir nümunə kimi qəbul edilə bilər.
Birinci vitse-prezident kimi, Mehriban xanım siyasi idarəetməyə daha çox bağlı olan şəxsə çevrilib. Şübhəsiz ki, bu günə qədər Mehriban xanımın topladığı təcrübə, həyata keçirdiyi böyük layihələr onun artıq idarəetmədə də çox yüksək hazırlıqlı olduğunu göstərir. Bu bağlılıqda çox əhəmiyyətli bir məqamı da qeyd etməliyik. Məsələ ondan ibarətdir ki, Mehriban xanım Əliyeva Azərbaycanın “ağıllı güc”ünü təmsil edən şəxsiyyətlərdəndir. İndi dünyanın yüksək inkişaf etmiş dövlətləri üçün “ağıllı güc” faktoru aparıcı rol oynayır. Mehriban xanım da bütün fəaliyyəti boyu elm, mədəniyyət, incəsənət, humanizm, xeyriyyəçilik, şəfqətlilik kimi sahələrdə çox aktivlik göstərib.

Əziz və dəyərli Mehriban xanımı doğum günü münasibəti ilə 7 saylı Doğum evi kollektivi adından səmimi qəlbdən təbrik edir. Ona möhkəm can sağlığı, ailə xoşbəxtliyi, ölkəmizin daha da inkişafı naminə üzərinə düşən işlərdə uğurlar arzu edirik.

Hörmətlə,

Leyla Seyidbəyova

7 saylı Doğum Evinin baş həkimi, Tibb elmlərində fəlsəfə doktoru

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

18 − 1 =