“Lotu Quli” Rusiyaya ekstradisiya oluna bilər

0

Türkiyədə saxlanılan məşhur azərbaycanlı kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifov Rusiayaya ekstradisiya oluna bilər.

Bu barədə Modern.az-a əvvəllər onun hüquqlarını müdafiə etmiş və adının çəkilməsini istəməyn vəkillərdən biri məlumat verib.

Vəkil N.Səlifovun Azərbaycana ekstradisiya olunması üçün səbəb olmadığını, onun Rusiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında saxlanıldığını deyib.
Məlumata görə, o, hədə-qorxu yolu ilə pul tələb etməkdə günahlandırılır.

Digər məlumatlarda bildirilir ki, “Lotu Quli” İstanbul polisi tərəfindən sorğu-sual edildidikdən sonra sərbəst buraxıla bilər.

Qeyd edək ki, N.Səlifov 2017-cilin oktyabrında Azərbaycanda azadlığa buraxılmışdı. O vaxtdan Türkiyədə yaşamağa başlayıb.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two + one =