Məhəbbət Vəliyeva Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüşüb-HESABATLARI DİNLƏYİB

0

Dekabrın 13-də Bakıda yerləşən Şuşa rayonu 1 nömrəli tam orta məktəbdə Qubadlı, Şuşa və Zəngilan rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

Millixəbər.az xəbər verir ki, tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Qubadlı, Şuşa və Zəngilan rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.

Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Tədbirdə Qubadlı, Şuşa və Zəngilan rayon təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

Daha sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib. Nazir müavini ötən il təhsil sahəsində həyata keçirilən işlər, qarşıda duran vəzifələr barədə danışıb. Məhəbbət Vəliyeva məktəblərdə tədris prosesinə rəhbərlik və nəzarət mexanizminin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Sonra qeyd olunan rayonların təhsil şöbələrinin əməkdaşları, məktəb direktorları, eləcə də Bakı, Abşeron və Sumqayıtda fəaliyyət göstərən məcburi köçkün məktəblərinin direktorlarının iştirakı ilə görüş keçirilib. Görüşdə nazir müavini Məhəbbət Vəliyeva tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin təhlili nəticəsində gəlinən qənaətlər, məktəblərin savadlı kadrlarla təminatının vacibliyi, ümumi təhsil müəssisələrində həyata keçirilən tədbirlərin məqsədyönlü və səmərəli təşkili məsələlərinə toxunub.

Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib və suallar cavablandırılıb.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

nineteen − 13 =