Məhərrəm Kamrani Əhər şəhərində həbs olundu

0

Azərbaycanlı milli-mədəni fəal Məhərrəm Kamrani yaşadığı Əhər şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, təhlükəsizlik qüvvələri baytarlıq klinikasında Məhərrəm Kamranini saxlayıb və onun iş yerində axtarış aparıblar. Məmurlar fəalı evinə aparıblar və orada sorğu-suala tutublar. Bu müddətdə çox sayda təhlükəsizlik qüvvələri fəalın evini nəzarətdə saxlayıb.

Məhərrəm Kamrani 3 saat sorğu-sualdan sonra naməlum istiqamətə aparılıb.

Fəalın kompüteri, kitabları, mobil telefonu və daha bir neçə şəxsi əşyası götürülüb.

Onun hansı səbəbdən saxlandığı barədə dəqiq məlumat yoxdur.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

20 − fourteen =