Məktəbdaxili təlimlərin tədrisin keyifiyyətinə müsbət təsirindən danışan direktor+Müsahibə

0

elaMillixəbər.az-ın məlumatına görə Xəzər rayonu Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbdə tədris ilinin sona çatmasına baxmayaraq məktəbdaxili təlimlər davam edir. Təlimlərin gedişi ilə bağlı məktəbin direktoru Elşən Qafarov Millixəbər.az-a müsahibə verib.

Məktəbdaxili təlimlər məktəbinizdə nə vaxtdan keçrilir və bu təlimlər keçrilməsində məqsədiniz nədir?

Prezident İlham Əliyevin 24 oktiyabr 2013- ci il tarixində “Azərbaycan Respubilkasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçiliməsi ilə bağlı fəaliyyət planı”nın təsdiqi təhsil daha intenesiv, islahatların planı, məqsədə uyğun şəkildə həyata keçrilməsini qarşımıza qoyduğu əsas vəzifədir. Təhsil islahatlarının yeni mərhləsində, təhsilin əsas siması olan müəllimlərin peşəkarlığının təkmilləşdirilməsi və inkişafı pioritet məsələrdən biridir. Biz 230 saylı məktəb olaraq fikrələşirik ki, müəllimlərin peşəkarlığının artırlması və peşə fəaliyyətlərində öz üzərlərində işləmələri təkcə Azərbyacan Respubilkası Təhsil Nazirliyinin və yaxud da tabeliyində olduğumuz Bakı şəhəri üzrə Təhsil idarəsiın işi deyil. Biz onlarla birlikdə məktəb idarəçiləri olaraq çalışdığımız məktəblərdə müəllimlərin peşəkarlığının artırılmasında ciddi əməli tədbirlər həyata keçirməliyik. Məktəb olaraq 2014-ci ilin iyun ayında məktəbimizdə müəllimlərin peşəkarlığının artırılması ilə əlaqədar olaraq məktəbdaxili təlimlər təşkil etdik. Bunu ona görə etdik ki, ixtisasartırma inistutlarında müəllimlərə verilən biliklərin qanedici olmamasıdır. İxtisasarırmada çalışan müəllimlərin müsair informaasiya texnalogiyaları üzrə biliklərinin movcud təhsil standarlarına cavab verməməsi müəllimlərin orada aldıqları təlimlərin tədris prosesində heç bir faydası olmur. Biz ixtisartırma inistutlarına göndərdiyimiz müəllimlərin bilik səviyyəsi ilə tanış ollduqda görürük ki, bir ay müddətində keçrilən kursdan biliklər deyil yalnız onlara verilən vəsiqədir. Bilirsiniz ki, iyun ayında məktəbdə dərslər olmur. Biz iyun ayında məktəbimizdə müəllimlərin peşəkarlığının artırılması üçün dərslər təşkil edirik. Bu dərslərin nəticəsində müəllimlərin bilik səviyələrini müəyyənləşdir.Mektəb üçün Mnnitorinqlər keçirdirik. Qarşıya çıxan çətinlikləri birlikdə müzakirə edərək həl edirik. . Müəllimlərin kurikulim biliklərinə daha da yaxşılaşdırılması üçün məktəbdaxili təlimlər təşkil edirk. ilk əvvəl biz biz bu prosesə başladıqda bəzi müəllimlər bu təlimlərdə iştirak etmək istəmirdilər. Ancaq indi müəllimlərimiz böyük əksəriyyətlə təlimlərə qatılır.Hətda bu il kurikulıum təlimini daha yaxşı mənimsəyən müəllim, növbəti ildə təlimçi olaraq çıxış edir. Qazandığı bilikləri müəllim yoldaşları ilə bölüşür. Müəllimlərin hamısı İKT nailiyyətlərindən tam istifadə edə bilmir.Nəzərə alsaq ki, müsair təlimdə kompüter biliklərin tam olması elektron təhsilin inkişafında önəmli faktorlardan biridir. Məktəbdə çalışan hər bir müəllim kompüter biliklərinə malik olmalıdır.Müəllim Kompüteri bilmədən elektoron dərsi qura bilməz və yaxud da dərsi tam olaraq izah edə bilməyəcək. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, o cümlədən Təhsil Nazirliyində islahatlar uğurla davam etdikcə məktəblərin texniki təchizatına xüsusi fikir verilir. Son bir ilidə Bakı şəhərində fəaliyyət göstərən məktəblərdə təchizatla bağlı çox böyük irəliləyişlər vardır. Əvvəlki dövrlə müqayisədə indi təchizat idarəsinə verilən sifarişlər vaxtlı-vaxtında məktəblərə çatdırılr. Artıq bunla bağlı heç bir maniyə yoxdur. Keçən il məktəbimizə 5 elektron lövhə, 8 proektor,11kompüter dəsti verilib. Biz məktəblər bu imkanlardan maksimim bəhrələnməli müəllimlərin İKT,Kuriklum biliklərinin günün tələblərinə uyğun formda daha da artırmalarına, şagirdlərin hərtərəfli təhsil almalarına çalışmalıyıq. Məlumat üçün bildirim ki, Bakı məktəblərinin bəzilərində metod birmləşmələrin əvəzinə orada kafedralar fəaliyyət göstərir. Metodbirləşmələr köhnə savet təhsilindən qalaraq eyni ixtisas üzrə olan müəllimlərin metodiki cəhətdən biri-biri ilə məsləhətləşmələri üçün yaradılmış bir içtimai qurumdur. Kafedralar isə məktəb idarə etməsinin bir qoludur. Kafedra rəhbərləri idarəedicidirlər. Metodbirləşmlər ictimai qurum olduğuna görə edirəedici deyildir.Kafedra rəhbərləri bir başa tədris işləri üzrə direktor müəvinlərinə tabedir. Dərslərimizdə yutubda olab açıq dərslərlə, məktəbdaxili keçrilən dərslərlə müqayisələr aparırıq. Qabağcıl təcrübələrlə tanış olaraq məktəbimizdə tədbiq edirik. Bunda əlavə məktədə məktəb icma münasibətləri ilə təhsil sahəsində çalşmış insanları dəvət edir və onların bilik və bacarıqlarından bəhrələnirik.Valideyn məktəb münasibətlərni möhkəmləndirən görüşlər,qarrşıya çıxan problemləri müzakirə edərək məktəbimizdə nizam –intizamı qoruyub saxlayır və tədrisin kefiyyətinin artırılmasında birgəliyin vacibliyini müzakirə edirik. Onu da qeyd edim ki, digər təlimlərdən fərqli olaraq məktəbdaxili təlimlər ödənişsizdir.Elə buna görə də müəllimlər təlimə həvəslə qatılırlar.

Məktəbdaxili təlimlərin nəticələrini bir idaredici kimi nfecə izah edərdiniz?

Biz müəlimlərin təlimlərdə öyrəndiklərini hər həftə monitorinq edərək nəticələri müəyyənləşdirik.3 həftə ərzində müəllimlərin qazandıqları bilikkləri 2013-2015 ci illər tədris ilində onlara çox böyük kömək oldu. Və bu irəlliləyişləri görüdüyümüz üçün il ərzində İKT və Kurikulum üzrə monitorinqlər edirik. Artıq bir neçə gündür ki, təlimlərə srat vermişik. Hazırda təlimlər səriştəli müəllim təlimçilərimiz tərəfindən aparılır. Biz bunula kifayətənmirik. Kurikulum və İkT üzrə təcrübəli QHT-ləri və eyni zamanda istedadlı təlimçələri məktəbimizə dəvət edərək müəllimlərimin müsair təlim və tədris biliklərinin daha artırılmsına çalışırıq. Bir idarəedici olaraq düşünürəm ki, müəllimin billiyini artırmaq üçün öz üzərində işləməsi olduqca vacibdir. Biz məktəbizdə çalışan müəllimlərə o şəraiti yaratmışıq ki, müəllim bu gün qazandığı biliklərini sabah tədrisdə keyfiyyətli formada izah edə bilsin. Müəllimin gözü açıq olmalıdır. Sosial şəbəkədən düzgün və səmərəli istifadə etməlidir. Ötən ilki təlimlərərdən bəhrələnərək “Həmkara dəstək” metodiki vəasitini hazırlayaraq nəşir etdiridik. İndi bu vəsaitdən daha çox regionda fəaliyyət göstərən müəllimlərimiz yararlanır.Vəsait sadə dildə yazıldığından müəllimlərin diqətinə və stolüstü kitabına çevrilib. Bizə gələn məktub və zənglərdən aydın olur ki, belə bir vəsaitin yardaılması sosilal sifariş kimi qəbul edilir.

Ümumiyyətlə bir idaredici və Məktəb rəhbəri olaraq ümumtəhsil məktəblərində bu cür təlimlərin keçrillməsinə necə baxırsınız?

Sualınıza cavab verməmişdən öncə bildirim ki, 230 saylı tam orta məktəb Bakı şəhərində yerləşsədə Bakı şəhrindən bir qədər kənarda yerləşən məktəbdir. Vaxtaşırı olaraq televizya və mətbuatda məktəbdaxili təlimlərlə bağlı öz fikrlərimi bildiriəm. Bir daha sizin portal vasitəsi ilə təhsil idaedicilərinə üz tutaraq deyirəm məktəbinizdə belə təlimlər təşkil etsəniz müəllimlərinizin peşəkarlığı artacaq və tədrisin keyfiyyəti hər gün artacaq. Nəticədə həm müəllimləriniz, həm də şagirdləriniz müasir təhsil sisteminin nailiyyətlərini əldə edərək inkişaf edəcəklər. Məktəb idarəediciləri məktəbdə belə təlimlər təşkil edərək müəllimlərim peşəkarlığının artırılmasına çox böyük nəticələr əldə edə bilərlər. Mənə elə gəlir ki, heç bir idarəedici gözləməlidir ki, Təhsil nazirliyi, şəhər və rayon təhsil şöbələriin əməkdaşlarının verəcəkləri əmirləri gözləməməlidir. Özlərinin bilik və bacarıqlarındın istifadə etməlidirlər. Bu təlimlərdən hər bir məktəb istifadə edərsə təhsilin ümumi inkişafında cox müsbət nəticələr əldə etmək olar.

Millixəbər.az  Zamin Zeynal

 

telim

tedss

mek

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

15 − 15 =