Məlahət İbrahimqızı: Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şübhəsizdir

0

«Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir». Bu fikirləri Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, gələcəkdə Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şübhəsizdir. Belə ki, Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini tamamilə dəyişəcək.
«Ötən gün TANAP layihəsinin açılış mərasimi keçirildi. Bu, Cənub Qaz Dəhlizinin bir hissəsidir. Yeni dəhliz Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır. Mübaliğəsiz demək mümkündür ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə, regional və qlobal əməkdaşlığın dərinləşməsinə sanballı töhfə olacaq. Eyni zamanda, mənbələrin və marşrutların şaxələndirilməsi Avropanın istehlakçı ölkələri üçün də strateji önəm daşıyır. Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə imkan yaradacaq. Bütün bunlar Azərbaycan beynəlxalq müstəvidə önəmini daha da artırır»-deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

nine + nineteen =