Məlahət Qəhrəmanova Azərbaycan-İtaliya biznes forumundan DANIŞIB+VİDEO

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində İtaliya-Azərbaycan biznes forumu keçirilib.

Fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumunda Nərgiz klinikasının baş həkimi, “Fitoterapevtlər” İctimai Birliyinin sədiri, Tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanovada iştirak edib. Məlahət Qəhrəmanova Azərbaycan-İtaliya biznes forumu ilə bağlı səfər təsürratlarını Millixəbər.az-a danışıb.

Bildiyiniz kimi 1997-ci ildə İtaliyaya ilk rəsmi səfəri zamanı Ulu Öndər Heydər Əliyev ikitərəfli əlaqələrimizin böyük əhəmiyyətini və bütün sahələrdə potensiala malik olduğunu vurğulayaraq Azərbaycanın müstəqilliyini dərhal tanıdığı üçün İtaliyaya təşəkkürünü bildirmişdir.

2014-cü ilin iyul ayında Roma şəhərində İtaliyanın Baş naziri Matteo Renzi və Azərbaycan Prezidenti İlham Əliyevin strateji tərəfdaşlıq haqqında qəbul etdikləri Birgə Bəyannamə ilə yüksək səviyyəli əlaqələrin intensivləşməsinin və ikitərəfli münasibətlərin görünməmiş şəkildə inkişafının hesabına əsrin son rübündə əldə edilən nəticələrə baxarkən, bu gün dərin və qarşılıqlı məmnunluq hissi duymaq üçün bütün sahələrdə uğurlu əməkdaşlıq üçün münbit şərait yaradılmışdır.

İtaliya zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi həmişə mühüm maraq kəsb edir. Azərbaycanda da bu ölkəyə xüsusi maraq mövcuddur. Buna görə də ölkəmizdə İtaliya ədəbiyyatı, tarixi və mədəniyyəti böyük maraqla izlənilir. Siyasi və iqtisadi cəhətdən də maraqlarımızın üst-üstə düşdüyü məqamlar çoxdur. İtaliyanın iş adamları, şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu həyata keçirir.Fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumu keçirildi bizdə nümayəndə heyyəti ilə bərabər həmin forumda iştirak ediridik. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev biznes forumda iştirak edirdi.

Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, Mən çox şadam ki, İtaliyaya rəsmi səfərim çərçivəsində İtaliya-Azərbaycan biznes forumu keçirildi. Əminəm ki, forum çox məhsuldar olacaq və forumun işi nəticəsində iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr yeni pilləyə qalxacaqdır. Mən buna əminəm.

Daha bir maraqlı məqam ondan ibarət olub ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkədə Azərbaycan mədəniyyət ilinin açılışına təsadüf edib. Bu tədbir çərçivəsində 10 ay ərzində bütün İtaliya ərazisində şoular, teatr tamaşaları, konsertlər, sərgilər və görüşlər keçiriləcək ki, bu da italyanlara Azərbaycanın ənənələri və mədəniyyəti ilə yaxından tanış olmağa imkan yaradacaq.

Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

17 − 14 =