Məlahət Qəhrəmanova:”Fitoterapevtlər” Birliyini yaratmaqda məqsəd Azərbaycanın dərman bitkilərini dünyaya tanıtmaqdır+VİDEO

0

13 aprel,2019-ci il tarixdə Azərbaycan “FİTOTERAPEVTLƏR” İctimai Birliyinin III-cü Respubilka Elmi-Praktiki Seminarı keçirilib.

Seminarda çıxış edən Nərgiz klinikasının baş həkimi, “Fitoterapevtlər” İctimai Birliyinin sədiri, Tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova birliyin yaranma tarixi və bu gününə nəzər salaraq qeyd etdi ki, “Fitoterapevtlər” İctimai Birliyini yaratmaq çoxdanki arzularıman biri idi şükürlər olsunki bu istək uğurla reallaşdı.

Məlahət Qəhrəmanova bildirib ki, Fitoterapevtlər cəmiyyətini yaratmaqda məqsəd ölkəmizin zəngin dərman bitkiləri ehtiyatından istifadə edərək bu sahədə ölkəmiz üçün daha boyük uğurlar əldə etməkdir, eyni zamanda Azərbaycanın dərman bitkilərini bütün dünyaya tanıtmaqdır.

Sədir İctimai Birliyin daha da inkişaf etməsi üçün Alim və tələbələrlə birgə çalışmağın vacibliyindən danışdı. Belə bir birliyin Azərbaycanda mövcutluğu tarixi bir zərurət təşkil etdiyini, Dünyada bu birliklə Azərbaycanı təmsil etməyin qürurverici olduğunu diqqətə çatdırdı.

Birlik sədiri çıxışında Millət vəklili Qənirə Paşayevanın “Fitoterapevtlər” İctima Birliyinə göstərdiyi diqqət və səmimiyyətini xüsusi olaraq vurğuladı.

Seminarda məruzə ilə çıxış edən Azərbaycan Tibb Universitetinin Əczaçılığın texnologiyası və İdarəçiliyi kafedrasının Baş müəllimi,Fitoterapevtlər İctimai Birliyinin İdarə heyyətinin üzvi Aidə Bəndəliyeva Dövlətin QHT-lərə göstərdiyi diqqət və qayğıdan söz açdı. Natiq! Birliyin inkişafının vacibliyinə diqqət çəkərək qeyd etdi ki,bu cür ictimai birliklər öz fəaliyyətlərində daha da fəal olmalı, səhiyəmizin inkişafına öz tövhələrini verməlidirlər.

Seminarda çıxış edən Alimlər Fitoterapevtlər İctimai Birliyinin cəmiyyətimizin maariflənməsindəki rolundan,səhiyyəmiz üçün önəmli olmasından bəhs etdilər.

Qeyd edək ki, seminarda “Fitoyerapevtlər ” İctimai Birliyinə həsr olunmuş VİDEO-ÇARX nümayiş etdirilib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eleven + 1 =