Məmmədova Nuranə: Cənab Prezident öz nümunəvi addımları ilə Azərbaycan xalqının qoruyucu mələyi oldu.

0

Nuranə Məmmədova  YAP Şamaxı rayon Gənclər Birliyinin Sədri

Nuranə xanım oxucularımız Sizi tanısın deyə ilk olaraq özünüz haqqında qisa məlumat verədiniz zəhmət olmasa?-

-Mən, Məmmədova Nuranə Cabbar qızı Şamaxı rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Sədri və həm də Biologiya müəllimiyəm.2019-cu il Heydər Əliyev siyasi məktəbini öyrənən gənc liderəm.Azərbaycan Gənc müəllimlər Assosiasiyasının Şamaxı rayonu üzrə məsul şəxsi, İnsan Resursları Operativ müəllim Qərargahının Şamaxı rayonu üzrə nümayəndəsiyəm.

Nuranə xanım Koronovirus pandemiyasının tüğyan etdiyi dönəmdə Azərbaycan dövlətinin yaranan problemlərinin qarşısını almaq üçün həyata keçirdiyi kompleks tədbirlərlə bağlı Şamaxı rayon YAP Gənclər Birliyinin Sədri olaraq fikirləriniz maraqlıdır.-

-Mövcud Pandemiyanın dünyanı öz cənginə aldığı vaxtda hər zaman olduğu kimi, Möhtərəm Cənab Prezident öz nümunəvi addımları ilə Azərbaycan xalqının qoruyucu mələyi oldu.İlk öncə Bakıda “Yeni Klinika” tibb müəssisəsinin açılması, xarici ölkələrdə yaşayan Vətəndaşlarımızın ölkəyə çatdırılması,Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı, Koronovirusla Mübarizəyə Dəstək Fondunun yaradılması,Mehriban xanımla birgə illik maaşlarının fonda bağışlanması,imkansız ailələrə birdəfəlik 190manat müavinətin təyini,həkimlərin maaşının 3misli qədər artırılması,Koronovirusla mübarizədə yaşı 65dən yuxarı olan insanlara xidmət göstərən Könüllülərə 250 -manatın təyin edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin liderliyinin bariz göstəricisidir. Mən, Şamaxı rayon YAP Gənclər Birliyinin Sədri olaraq Cənab Prezidentin “Biz birlikdə güclüyük” çağırışını hər zaman rəhbər tuturam və qeyd edirəm ki,biz Azərbaycan gəncləri hər zaman Ölkə rəhbərinin yanındayıq.

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etdi.Bu barədə də fikirlərinizi bilmək istərdik?-

– Cənab Prezident Azərbaycan xalqına müraciət edərək onları karantin qaydalarına riayət etməyə, qaydaları pozmamağa,nizam-intizam qaydalarına riayət etməyə səslədi.Belə olduğu halda xalqımız özünü, ailəsini və öz yaxınlarını qoruya bilər.Cənab Prezident xalqımızı həmrəylik nümayiş etdirməyə və məsuliyyətli olmağa çağırdı.Cənab Prezident onu da qeyd etdi ki, dövlət nə mümkündürsə onu edir.İnsanların sağlamlığı,təhlükəsizliyi,rahatlığı və rifahı bizim üçün hərşeydən önəmlidir.Cənab Prezident çıxışının sonunda “Biz birlikdə güclüyük!” şüarını səsləndirdi. Hal-hazırda da Azərbaycan xalqı Cənab Prezidentin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutur.Mən Azərbaycan gənci olaraq fəxr edirəm ki, Cənab İlham Əliyev kimi ölkə Prezidentim var.-

Koronovirus pandemiyası ilə bağlı Şamaxı rayon YAP Gənclər Birliyi olaraq qarşınızda duran vəzifələri hansı səviyyədə yerinə yetirdiniz?-

-Bildiyimiz kimi bu il Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən “Könüllülər ili” elan olundu.Bu münasibətlə Şamaxı rayon YAP GB nin Könüllü qrupu yaradıldı.Mövcud pandemiya zamanı Könüllülərimiz güclü iş rejimində işlədilər.Bildiyimiz kimi ƏƏSMF ilə Yeni Azərbaycan Partiyasının Könüllüləri birgə yaşı 65dən yuxarı olan tənha insanlara ərzaq yardımı göstərdilər.Bizim Könüllülər də Şamaxı rayon ərazisində köməyə ehtiyacı olan insanlara ərzaq yardımının paylanmasında iştirak etdilər.Bundan əlavə Şamaxı YAP Gənclər Birliyi Könüllüləri pandemiya dövründə əhaliyə tibbi ləvazimatların -maskalar, spirtlər və gigiyenik vasitələrin paylanmasında iştirak etmişdirlər.Könüllülər təkcə ərzaq və tibbi ləvazimatlarla deyil, həm də insanlara mənəvi dəstək olmuş, koronovirusdan qorunma üsullarını izah etmişdirlər.

Şamaxı rayon YAP Gənclər Birliyi olaraq, pandemiya dövründə bir neçə qurumlarla- İnsan Resursları, DSMF, Sahibkarlar, İş adamları, Şamaxı Şəffaflıq tv, Şamaxı tv, Gənclər və İdman İdarəsi, RİİB və Heydər Əliyev fondu, Təhsil şöbəsi və Mədəniyyət şöbəsinin Həmkarlar İttifaqları ilə birgə tənha, köməyə ehtiyacı olan insanlara yardım etdik. Bundan başqa Şamaxı rayon YAP Gənclər Birliyinin üzvləri Cənab Prezidentin “Biz birlikdə güclüyük” şüarını söyləmiş və alqışlar səsləndirmişdirlər. Könüllülərimiz onlayn videolar hazırlayaraq xalqımızı evdə qalmağa çağırmışdırlar.

Şamaxı YAP Gənclər Birliyi mövcud vəziyyətlə əlaqədar olaraq evdə qal təhsildən qalma, evdə qal evdə yarat və.s. kimi layihələr təqdim etmişdir.Layihələrə Şamaxı rayon məktəbləri ilə bərabər digər şəhər və rayon məktəliləri də qoşulmuşdurlar.Qeyd edim ki, müxtəlif şəhər və rayonların tibb işçiləri və polis işçiləri də Şamaxı YAP GB nin təqdim etdiyi “evdə qal sağlam qal” layihəsinə qoşulmuşdurlar. Layihələrimiz hələ də davam edir və məktəblilər,gənclər,azyaşlı uşaqlar,rəssamlar,musiqiçilər,jurnalistlər, müəllimlər bu layihələrdə çox həvəslə iştirak edirlər

Könüllü olmaq istəyən gənclərə nə deyərdiniz?-

-Könüllü olmaq istəyən gənclərə deyərdim ki, Könüllülük çox böyük məvhumdur.Belə ki, Könüllü olan gənclər heçbir qarşılıq gözləmədən Könüllü şəkildə fəaliyyər göstərirlər.Bu da bizim milli-mənəvi dəyərlərimizin göstəricisidir.Azərbaycan Xalqı hər zaman humanist, yardımsevər xalq olaraq tarixə düşmüşdür.Hal-hazırda da bu ənənəni gənclərimiz davam etdirir. Buna görə gənclərimizə öz minnətdarlığımı bildirirəm.

Son olaraq insanlara, oxucularımıza nə tövsiyə edərdiniz?

-Ulu tanrıdan Azərbaycan xalqına can sağlığı diləyirəm. Biz birlikdə güclüyük!

Millixəbər.az: Nicat Abbas

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

10 − 4 =