“Məni öpdü, başladım ağlamağa” – Fatimə Vasif haqda

0

ARB TV-nin “Hüseynova bacıları” verilişinin qonağı olan rəqqasə Fatimə Fətəliyeva əməkdar artist Vasif Məhərrəmli ilə barışmasından danışıb.

Millixəbər.az xəbər verir ki, müğənni Xatun Əliyeva görə küsən sənətçilər studiyada üz-üzə gəliblər. Fatimə bildirib ki, Vasifi görəndə göz yaşlarını saxlaya bilməyib:

“Manaf Ağayev dedi ki, Vasif də mənim dostum, sən də mənim canım-ciyərimsən. Sizi barışdırmalıyam. Zəng etdi Vasif Məhərrəmli ilə danışdı. Nə dediyini bilmədim.

Üzərindən 3-4 gün keçəndən sonra Vasif bəylə studiyaların birində qarşılaşdıq. Mahnı yazmağa gəlmişdi, o mahnını da ilk olaraq mənə dinlətdi. Mən də xeyir-dua verdim. Gözələnilməz oldu, içəri daxil oldu, məni gördü qucaqlayıb öpdü, mən də kövrək adamam, başladım ağlamağa”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

9 + 16 =