Mətanət sevgilisindən danışdı: “Doyulmaz daddır…”

0

Müğənni Mətanət Əsədova aşiq olduğunu etiraf edib. 

 Millixəbər.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda “5/5” verilişində danışıb. O, həyatında biri olduğunu deyib.

Mətanət aparıcı Zaur Kamalın “Sən maral olardın, mən də ovçu, səni ovlayardım” sözlərinə belə cavab verib:

“Zaur, sən gecikdin, məni artıq ovlayıblar. Elə bir ovçu çıxdı ki… Efiri sevmir, heç vaxt görünməyəcək. Yeni mahnımı da ona həsr etmişəm. Hər şeyini yarımçıq qoyub mən olan efirə baxır ki, ürəyi nə edir.

Həyatıma gəldi, gözlənilməz eşq oldu. Toy yəqin mən edəcəm. Özüm üçün toy edəcəm. Bir dəfə gəlinlik geyindim, 5 ay yaşadıq. İnşallah, bununla ömürlük olsun. Biz ikimiz də doyulmaz dadıq. Onun adını çəkməkdən qorxuram. Gedib cadu edərlər. Bu şou-biznesdə o qədər cadu edənlər var ki…”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

18 + four =