Mətbuatın 140 illiyi ilə bağlı Masallıda konfrans keçirilir

0

eflatunMillixəbər.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncama uyğun olaraq bu gün Masallıda mətbuat nümayən

dələrinin və şəhər ictimaiyyətinin iştirakı ilə regional konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə,

mətbuat nümayəndələri öncə müasir Azərbaycan mətbuatının inkişafında

böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək,

önünə gül dəstələri düzüblər.

Tədbirdən öncə Masallı rayonun qızlardan ibarət “Halay” rəqs ansamblı qonaqlar üçün Azərbaycan milli rəqsləri ifa ediblər. Masallı Heydər Əliyev Mərkəzinin rəqs dərnəyinin uşaqlardan ibarət rəqs qrupu da rəngarəng rəqslərlə çıxış ediblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbiri Prezident Administrasiyası ictimai- siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar  Əliyev açıb.

Sonra sözü Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova verib.

Qonaqları və konfrans iştirakçılarını salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov mətbuat nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib.  Çıxışını mətbuatın fəaliyyəti ilə davam edirən icra başçısı region mətbuatının işi və fəaliyyəti barədə də məlumat verib.

Sonra Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev geniş məruzə ilə çıxış edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

8 + 14 =