Manaf Ağayev: Kişilik insanın genində olmalıdır – VİDEO

0

ARB TV-də yayımlanan “Söhbət var” proqramının qonağı olan tanınmış müğənni Manaf Ağayev açıqlamaları ilə gündəmə səs salıb.

Millixəbər.az xəbər verir ki, Manaf verilişdə dostlarına etdiyi yardımlardan danışarkən, “Kişilik insanın genində olmalıdır” kəlməsi ilə diqqətləri öz üzərinə çəkib:

“Dəfələrlə olur ki, “Bir də bu insana kömək etmərəm” deyirəm, amma yenə də edirəm. Kişi doğulanda kişi olur, sonradan kişi olmur. İnsanın genində olmalıdır.

Bir dəfə ətrafıma dostlarım yığılmışdı. Atam da görüb dedi ki, yenə yığmısan bunları başına? Dedim ki, ay ata, sənin dostların yaxşıdır, mənimkilər pis?! Atam da dedi ki, oğul, onlardan sənə dost olmaz. Mən onların kimin oğlu olduğunu, necə bir insan olduqlarını bilirəm. Sonradan böyüdüm, gördüm ki, atam düz deyir.

Kişilik məşq etməklə olmur. Mən insan tanıyıram ki, çox kasıbdır, amma qüruru var. Bir dəfə də olsun deməyib ki, problemim var! Özüm hiss etmişəm və ona “VAZ-217 avtomobilini bağışlayıb dedim ki, al, sən buna layiqsən. Mən dostlarıma belə dost olmuşam”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

3 × four =