May ayının qeyri-iş günləri

0

May ayında iki gün qeyri-iş günü olacaq.

Millixəbər.az azxeber.com-a istinadən xəbər verir ki, Qələbə günü və Respublika günü ilə əlaqədar müvafiq olaraq may ayının 9-u (həftənin cümə axşamı günü) və 28-i (həftənin çərşənbə axşamı günü) qeyri-iş günü hesab edilir.

Qeyd edək ki, 2019-cu ildə beşgünlük iş həftəsində 242 iş günü (onlardan 9-u bayramqabağı, 1-i səsvermə qabağı iş günü), iş günü hesab edilməyən 103 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 18 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və istirahət günü ilə üst-üstə düşən 1 Ümumxalq hüzn günü var.

2019-cu il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1926 saat təşkil edir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seventeen − 11 =