Mehriban Əliyevadan MÜƏLLİMLƏRƏ TƏBRİK: Müəllimlik olduqca hörmətli peşədir…

0

Azərbaycanın birinci xanımı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva MÜƏLLİMLƏRİ təbrik edib.

Əziz müəllimlərimiz,

Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm. Müəllimlik olduqca hörmətli peşədir. Gənc nəslin yetişməsi məhz sizdən, sizin yüksək peşəkarlığınızdan asılıdır.

Əlbəttə, hər kəs öz məktəb və tələbəlik illərini, gözəl müəllimlərini xüsusi minnətdarlıq hissi ilə xatırlayır. Sizin müdrikliyinizin və səbrinizin layiqli qiymətini yalnız illər keçdikcə vermək mümkündür. Uşaqlara və gənclərə göstərdiyiniz sevgiyə və məsuliyyətli işinizə görəsizə təşəkkür edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram...


Mehriban Əliyeva adlı şəxsin şəkli.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

6 + 18 =