Messi koronavirus testindən keçdi

0

İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi klubla məşqə başlamazdan əvvəl koronavirus testindən keçib.

Millixəbər.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusi həkim qrupu futbolçunun evinə gəlib. Testin nəticəsi mənfi olarsa, oyunçu məşqə başlaya biləcək.

Daha əvvəl L.Messi klubdan ayrılmaq istəyi barədə danışıb, sonra isə ailəsinin Kataloniyada qalmaq istəyi səbəbindən klubda karyerasını davam etdirəcəyini bildirib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

16 + 11 =