Millət vəkili: “Forum Azərbaycan həqiqətlərinin təbliği üçün əlverişli platformadır” AÇIQLAMA

0
555“İnanıram ki, gənclərimiz Forumda yüksək aktivliklə iştirak edəcək”

Millixəbər.az xəbər verir ki ,“BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi region, ümumilikdə dünya üçün olduqca əhəmiyyətli hadisədir. Azərbaycan həm yüksək səviyyəli dinlərarası və millətlərarası münasibətləri, həm də tolerantlıq modeli ilə dünyaya nümunə olacaq dövlətdir. Azərbaycanın belə təşəbbüslərlə çıxş etməsi, belə mötəbər Forumun ölkəmizdə keçirilməsi qanunauyğunluqdur”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Şahin İsmayılov deyib.

O bildirib ki, ölkəmiz son vaxtlar çox böyük tədbirlərə ev sahibliyi edir: “Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınmağa başlanıb. Təsadüfi deyil ki, l Avropa Oyunları, Formula l yarışları, şahmat üzrə dünya çempionatı, IV İslam Həmrəyliyi Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Bu da növbəti belə tədbirlər sırasındandır. Vll Qlobal Forumda dövlət və hökumət başçıları, yüksək səviyyəli dövlət və ictimai xadimlər, nazirlər, nüfuzlu beynəlxalq qurumların, dünyada tanınmış beyin mərkəzlərinin rəhbərləri, diplomatlar, elm adamları və digər şəxslər də daxil olmaqla 3000 nəfərdən çox adamın iştirakı nəzərdə tutulub. Bu həm də ölkəmizdəki tolerant mühitin, gəldiyimiz inkişaf nöqtəsinin, stabil iqtisadi inkişaf modelinin dünyaya tanıdılması baxımından böyük imkandır. İnanıram ki, bu Forum öz işini uğurla başa vuracaq və iştirak edən nümayəndələr Azərbaycanla bağlı gözəl təəssüratlarla ölkələrinə yola düşəcək, ölkəmizin təbliğatı və Azərbaycan reallıqlarının dünyaya tanıdılması baxımından nümunə olacaqlar”.

Millət vəkili qeyd edib ki, Forumun mövzuları kifayət qədər hərtərəflidir: “Forumda ekstermizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, qlobal vətəndaşlıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman, gənclərin rolu, Bakı prosesi, inkluziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlər müzakirə ediləcək. Burada gənclərlə bağlı ayrıca panel müzakirələrinin keçirilməsi olduqca təqdirəlayiq addımdır. Bildiyiniz kimi, gənclər sahəsi Azərbaycanda dövlət siyasətinin ayrılmaz və aparıcı hissələrindən biridir. Ölkəmizin özünəməxsus gənclər siyasəti modeli vardır. Bu Forum gənclərimiz üçün bilik və bacarıqlarını sərgiləmək, Azərbaycan həqiqətlərini müxtəlif ölkələrdən olan nümayəndələrə çatdırmaq baxımından əlverişli platformadır. İnanıram ki, gənclərimiz Forumda yüksək aktivliklə iştirak edəcək, ölkəmizin dünyaya tanıdılması, onun təbliği istiqamətində əllərindən gələni edəcəklər”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

four × 5 =