Millət vəkili Şahin Seyidzadə Ceyranbatan qəsəbəsində SAKİNLƏRLƏ

0

Millət vəkili Şahin Seyidzadə Abşeron rayonu Ceyranbatan qəsəbə ərazisində yerləşən yeni yaşayış massivinin sakini Nazim Balayevlə qaldırılan məsələlər əsasında ətraflı görüş keçirib.

Millixəbər. az-ın məlumatına görə 480-dən çox vətəndaşın yaşadığı bu ərazinin hal-hazırda su, elektrik və qaz təminatı, həmçinin gediş-gəliş üçün nəzərdə tutulan yol xəttinin əlverişsiz olması ilə bağlı problem mövcuddur. Bundan əlavə Nazim bəyin qızı Aynurə xanım İbrahimova görüşdə qaçqın və məcburi köçkün məsələləri ilə bağlı yaşadığı çətinliklə bağlı məsələ qaldırmışdır.

Millət vəkili Millixəbər.az-a bildirib ki, sözügedən əraziyə yerində baxış keçirilən zaman məsələlər ilə bağlı yerində tanış olaraq, həlli istiqamətində addımların atılması üçün qeydlər aparıldı. Həmçinin yekunda qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və qəsəbə ağsaqqalı ilə görüşdə səsləndirilən məsələlər barədə müzakirə apardıq. Qısa müddətdə qanunvericilik əsasında müvafiq qurumlara (AZERSU OJSC, Azəriqaz İB, Azərişıq ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) müraciət ünvanlanacaqdır.

Milli Majlis #seyidzade50 #MilliMəclis

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five × 3 =