Millət vəkili Şahin Seyidzadə: Şəhid ailəsin ziyarət edib+FOTOLAR

0

50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputat Şahin Seyidzadə 44 günlük müharibə dövründə şəhid olmuş Məcidov Səbuhi Ağalətif oğlunun ailəsini ziyarət edib.

Millixəbər.az-ın məlumatına görə, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yaşayan ailəni ziyarət edən millət vəkili Şahin Seyidzadə bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

“18 yaşlı şəhidimiz Məcidov Səbuhi Ağalətif oğlunun ailəsini ziyarət etdik.

Milli Məclisdə təmsil etdiyim Abşeron rayon Aşağı Güzdək qəsəbəsində yaşamış şəhid əsgər Səbuhi Məcidov 28 aprel 2002-ci ildə dünyaya gəlib. Səmidxan Əzizov adına Aşağı Güzdək qəsəbə məktəbini bitirən Səbuhi həqiqi hərbi xidmətdə olan zaman Qarabağın azad olunması uğrunda gedən Suqovuşan və Talış kəndləri istiqamətində döyüşlərdə iştirak edərək, qəhrəmancasına şəhid olmuşdur.

Şəhidimizin ailə üzvləri ilə görüşən zaman onun haqqında danışılan xatirələr, sözlər bütün müsbət xüsusiyyətlərini bizə göstərdi. Ata Ağalətif bəyin mətinliyi və qürurunu heç bir sözlə ifadə etmək mümkün deyil. “Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhid Səbuhi daima öz doğmaları, dostları və döyüş yoldaşlarının yaddaşında öz vətənpərvərliyi və xoş xatirələri ilə yadda qalacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × two =