Milli Xəbər Televiziyasının əməkdaşları Bərdə tərəkəmələri ilə vətənpərvərlik ruhunda… (Video)

0

Tərəkəmə haqqında qısaca məlumat

Əvvəlcə onu qeyd edək ki, tərəkəmələrin bu gün yaşatdığı adətlər qədim türklərdən, hətta Bilgə xaqan zamanından qalan bir mirasdır. “Kitabi-Dədə Qorqud” dastanında da bəzi adətlər bu gün tərəkəmələr tərəfindən qorunur. Xüsusən də İmişlinin Əliqulular, Sarıxanlı, Muradxanlı kəndlərinin, Borçalı bölgəsinin camaatının tarixin sınağından çıxmış adət-ənənələrinə rast gəlmək mümkündür. Bu ənənə və inanclar həmçinin Beyləqan rayonunun Eyvazalılar, Tatalılar, Bünyadlı, Bərdə rayonunun Hacallı, Mehdili kəndlərində, eləcə də Gədəbəy, Tovuz, Mərkəzi Aran zonası, Lerik, Masallı və bir çox çox rayonlarımızın kəndlərindəki tərəkəmələr tərəfindən yaşadılır:

Tərəkəmələrin adət-ənənə və inancları daha çox at, it və qoyun-quzu ilə bağlıdır. Amma onlar üçün otun, otlağın, biçənəyin öz mənası var. İtin hürməyi, atın kişnəməyi, qurdun ulamağı, quzu mələrtisi tərəkəmə üçün nəsə deyir. Bir körpə quzunun, necə deyərlər, “burnunun qanaması” belə, tərəkəmənin gözündən yayınmaz. İtin də, atın da, köşəyin də öz dəyəri var. Tərəkəmə dövlət becərəndir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

7 + 8 =