“Mingəçevir İstək Liseyi Daxili Debat Turniri” uğurla yekunlaşdı.

0
Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Mingəçevir Regional Debat Mərkəzi, Mingəçevir “İstək” liseyi və Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə keçirilən debat turniri başa çatıb.
Mingəçevir “İstək” liseyi şagirdləri arasında keçirilən turnirin ilk günündə 10 komanda olmaqla 30 spiker debat raundlarında iştirak etdilər. Finala qədər olan mərhələlərin keçirildiyi ilk gündə daha uğurla çıxış edən “Mat” və “Sə 1” komandaları finala vəsiqə qazanıb. “Final Mükafatlandırma və Bağlanış Mərasimi” 26 dekabr 2016-cı il tarixində
Mingəçevir Gənclər Evində baş tutdu.Mingəçevir Regional Debat Mərkəzinin hakimlər heyəti tərəfindən idarə olunan final oyununda daha uğurla çıxış edən “Mat” komandası “Mingəçevir İstək Liseyi Daxili Debat Turniri”nin qalibi oldu.
Tədbirdə çıxış edənlər- Mingəçevir “İstək” liseyinin müdiri Fəqan Əhmədov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Sahil Hüseynov və Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə bu kimi debatların keçirilməsinin gənclərin həyatında müstəsna rol oynamasını,gənclərdə araşdırma və natiqlik qabiliyyətinin inkişafına müsbət təsir etdiyini bildiriblər.Turnirdə Qalib komandaya kubok,medal,ən yaxşı 10 natiqə və bütün iştirakçılara sertifikat təqdim olundu.
Qeyd edək ki, bu turnir 2017-ci ildə keçiriləcək ”İstək Liseyləri Debat Forumu”na hazırlıq xarakteri daşıyır. #azdebat, #dvc, #mys, #mingəçevirdebat,#istekliseyi,#istediyiniztehsil

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

nineteen − four =