Mirkazım Seyidov:”Bütün dünya Azərbaycanlıları İlham Əliyevin ətrafında sıx birləşməlidir” (foto)

0

SONY DSC“Dünya Azərbaycanlıları Dağlıq qarabağ münaqişəsi ilə bağlı məsələrdə birlik, həmrəylik nümayiş etdirməlidir”,” Ermənilər BMT-nin qəbul etdiyi qətanamənin şərtlərinə əməl edərək torpaqlarımızdan birmənalı olaraq qeyd-şərtisiz çıxmalıdırlar” “Türkdilli dövlətlər öz ədalətli mövqeylərini nümayiş etdirməlidirlər” “Qarabağ tarixən Azərbaycanın  torpağı olub, yenə də bizim olacaq” Əminəm ki, Səriştəli, bacarıqlı Ali baş komandanımız İlham Əliyevin daxili, xarici siyasəti, milli ordumuzun güc və qüdrəti nəticəsində ən yaxın vaxtda ərazi bötövlüyümüz bərpa ediləcəkdir. Bu fikirləri Millixəbər.az-a son günlər təmas xətində baş verən hadisələri şərh edən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun prezidenti,Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Beynəlxalq Əməkdaşlıq Fondunun (TXSX BƏF) qurucusu, ictimai-siyasi xadim, yazıçı -publisist, Mirkazım Seyidov deyib.

M.Seyidov Millixəbər.az-a bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan daxili, xarici siyasət xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan bütün dünya dövlətləri ilə sıx, səmərəli dostluq və işgüzalıq şəraitində fəaliyyətini qurub. Dinindən, irqindən, siyasi mənsubiyyətindən aslı olmayaraq Azərbayacanda yaşayan insanlara eyni gözlə baxılır. Onun parlaq nümunəsidir ki, Azərbayacan dünyanın tolerantlıq mərkəzinə çevrilib. Xalqımız qonaqpərvərliyi, sülhsevərliyi, cəmiyyətin demokratikləşməsi yönümündə də çox böyük nümunələr göstərməkdədir. Çox təssüflər olsun ki, dünyada artan iqtisadi, siyasi gücümüzü  gözü götürməyən bədnam qonşümuz, qəsibkar erməni dövləti, torpaqlarımıza göz tikir, insanlığa sığmayan teror və təxribatlar törədir. Bildiyiniz kimi son günlər cəbhə bölgəsində yenidən belə bir təxribata əl atdılar, ancaq bu dəfə cəsarətli Azərbayacan əsgərlərinin ayaq-sayaqlığı, yüksək səviyyəli döyüş hazırlığı nəticəsinə düşmən böyük itgilər verərək torpaqlarımızın bir hissəsini boşatmalı oldu.  Uduzduğunu görən nankor erməni rəhbərliyi informasiya müharibəsinə əl ataraq müxtəlif üsul və vasitələrlə Azərbayacanın imicinə zərbə vurmaq istəyir. Azərbyacanın Beynəlxalq diaspora təşkilatları informasiya müharibəsində gözü açıq olmalı, düşmənin mənfur niyyətlərini həyata keçirməyə  imkan verməməli, haq səsimizi, Xocalıya ədalət kompaniyasını, qarababağa azadlıq missiyasını daha da artırmalılıyıq. Bu Məslədə Diaspralarla iş üzrə Dövlə Komitəsi də mühüm rol oynayaraq, fədakarlıq nümayiş etdirməlidir.

Biz dünyada Yaşayan Azərbaycanlılar, diaspora təşkilatları olaraq cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun apardığı daxili və xarici siyasət kursunu əsas götürərək ümummilli fəaliyyətimizi davam etdirməli, üzərimizə düşən Azərbaycançılıq, soydaşlıq borcumuzu müvəfəqiyyətlə yerinə yetirməliyik. İnanırıq ki, torpaqlarımız tezliklə azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaq, Qarabağ tarixən Azərbaycanın olduğu kimi yenə də Azərbaycanın olcaq…

Millixəbər.az

Seyidovdiasporammm

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

nine + 19 =