MSK bu gün ictimaiyyətə beş dəfə məlumat verəcək

0

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradıb.

Millixəbər.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə gün ərzində beş dəfə (10:00, 12:00, 15:00, 17:00, 19:00) məlumat veriləcək.

M.Pənahov bütün seçiciləri seçki məntəqələrinə dəvət edərək, öz konstitusion hüquqlarını həyata keçirməyə çağırıb.

Qeyd edək ki, səsvermə saat 19:00-da bitəcək.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

13 + eleven =