MTRŞ-dan aparıcıların reklama çəkilməsinə- Reaksiya

0

samka“İctimai radio və TV-nin efirində xəbər aparıcılarının iştirakı ilə reklam çarxları yayımlana bilməz”

MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov hüquqşünas Ələsgər Məmmədlinin aparıcıların reklamlarda çəkilməsi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Təvəkkül Dadaşov “facebook”da məsələyə aydınlıq gətirib:

“Hüquqşunas Ələsgər Məmmədliyə istinadən kulis.az -yazır ki, “Teleradio yayımı haqqında” qanuna görə, xəbər aparıcıları reklama çəkilə bilməz.

Əslində bu, “Teleradio yayımı haqqında” qanunda yox, “İctimai televiziya və radio yayımı haqqında” qanundadır (14.3-cü maddə). Yəni, yalnız İctimai radio və TV-nin efirində xəbər aparıcılarının iştirakı ilə reklam çarxları yayımlana bilməz. Digər teleradio kanallarının efirində belə reklamın yayımlanmasını qanun qadağan etmir”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eleven + two =