Mübariz Əhmədoğlu: “Yalnız bundan sonra Türkiyə sərhədi aça bilər” AÇIQLAMA

0

mbraz“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar mərhələsində Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə yayılan məlumatlar yalandır”. Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Böyük Sülh Sazişi imzalanmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması qətiyyən düzgün deyil: “Əgər Azərbaycan tərəfi desə ki, Dağlıq Qarabağ münaqişəsi tənzimlənib, Türkiyə yalnız bundan sonra sərhədi aça bilər. Yəni, rəsmi Bakı elan etməlidir ki, biz Dağlıq Qarabağ münaqişəsini tənzimlənmiş hesab edirik. Başqa məqamda isə bu, Azərbaycana xəyanətdir”.

M. Əhmədoğlu hesab edir ki, bu məsələlərin ortaya çıxması müəyyən qrupların ölkəmizə manevr etməsi ilə bağlıdır: “Bu gün beynəlxalq ictimaiyyət Türkiyəyə təzyiq edir. Başlıca səbə isə Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmaqdır”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eleven + 15 =