Müğənni Vəfa Şərifova: ” Özümdən şübhələnərəm, ondan yox”+FOTOLAR

0

 – Vəfa xanım, necə oldu ki, müğənni oldunuz?

Mən bu sənətə gələnə qədər çox çətinliklərdən keçdim. Valideynsiz böyümüşəm. Atam da, anam da rəhmətə getdiyinə görə, ailənin bütün yükü mənim çiyinlərimə düşüb hər zaman. Amma şükürlər olsun ki, Allah mənim qarşıma həmişə yaxşı insanlar çıxardıb. Pisliklərdən uzaq olmuşam.

– Bəs bu sənətə maraq sizdə haçandan yaranıb?

– Uşaqlıq illərimdən. Ümumiyyətlə, kim bu sənətdədirsə, düşünürən ki, hamının marağı kiçik yaşlarından yaranıb. Çünki tək-tük adamlar var ki, sonradan maddiyyata görə müğənni olmaq qərarına gəliblər. Amma mən müğənnilik sənətini pul görə seçməmişəm. Düzdür, pul görə toylara getmişəm, amma mənim fikrimdə tamam başqa şeylər var idi. Böyük saraylar, konsert zalları və s.

– Artıq neçə ildir ki, oxuyursunuz?

– Səkkiz ildir. Bu səkkiz ilk ilin üç ilində məclislərə müəllimimlə getmişəm. Onun əhatəsində olmuşam. Üç ildən sonra tam sərsbəst məclislər aparmağa başlamışam.

– Mikrofonsuz da səsiniz bərk çıxır?

– Normal. Mikrofonsuz oxumağı daha çox sevirəm.

– Qışqırıb nəyə üsyan etmək istəyirsiniz?

– Vaxtilə üsyan etmək istəmişəm, amma indi şükürlər olsun ki, Allah mənim hər istədiyimi yetirir.

– Qazanc yaxşı gəlir?

– Hal-hazırda mən sənətimdən qazanmıram. Məni hər şeylə həyat yoldaşım təmin edir.

– Sevginin gücünə bax… O daha çox sevir, yoxsa siz?

– O daha çox sevir.

– Ailə qurandan sonra məclislərə gedirsinizmi?

Yalnız ailə məclislərinə gedirəm, o da bir-iki saatlıq. Sözün düzü, maddi baxımdan toylara çox getməyə ehtiyacım yoxdur.

– Bir dəfə sevmisiniz?

– Bəli, bir dəfə sevmişəm. O da indiki həyat yoldaşımı.

– Nədən qorxursunuz?

– Onu itirməkdən.

– Qısqanırmı sizi?

– Bəli, qısqanır. Bu sənətdə ola-ola ailəli olmaq çətin məsələdir. Mən çalışıram ki, onun dediklərinin hamısını yerinə yetirim. Amma bəzi məqamlarda öz istədiyimi edirəm. Məsələn, efirə çıxıram, məclislərə gedirəm və s. Bunların hamısı onun nəzarətilə olur, təbii ki.

– Sizi nə narahat edir?

– Sevdiyim insanların çətinlik çəkməsi, kimsəsiz uşaqları gördükləri əziyyətlər və s.

– Şübhəyə tez-tez düşürsünüz?

– Təəssüf ki, bəli.

– Həyat yoldaşınızdam şübhələnirsiniz?

– Qətiyyən. Özümdən şübhələnərəm, ondan yox.

 – Amma bəzən hislər insanı aldadır…

– Mümkün deyil, çünki mən həmişə ağlımla hərəkət etmişəm.

– Qorduğunuz nə idi ki, o da başınıza gəldi?

– Həmişə düşünürdüm ki, mən digər müğənillərdən fərqlənəcəyəm. Böyük səhnələrə çıxacağam, toylara getməyəcəyəm. Lakin zaman elə gətirdi ki, toylara getdim. Qorxduğum bu idi, o da oldu.

-Seks-simvol ola bilərsinizmi?

– Ola bilmərəm. Olmaq da istəmərəm.

– Nə daşa dəydi qayıtdı?

– Elə bir şey olmayıb hələ ki…

 – Dərinə gedə bilirsiniz?

– Gedə bilirəm və hər şeyin də dərininə gedirəm.

– Sizi nə çaşdıra bilər?

– İndiyə qədər çaşdırsaydı, çaşardım. Düzdür, hərdən düşünürdüm ki, nə qədər oxuyub əziyyət çəkəcəyəm?!

Edilən təklifləri qəbul etsən, hər şey başqa cür olarmı?!

Bu və bunun kimi suallar məni çox düşündürüb, amma ayılıb öz-özümə demişəm ki, Vəfa, sən elə ola bilməzsən. Həmin fikirləri həyata keçirtməyimə bir addım qalmış geri çəkilmişəm.

– Nəyi əldən vermək istəmirsiniz?

– İndiki halımı. Yəni ki, hazırda necəyəmsə, elə da qalmaq istəyirəm.

– Qısa geyimlər geyinirsinizmi?

Geyinirəm, amma qədərində.

– Nəyi görmək istəyirsiniz?

– Övlad görmək istəyirəm.

 – Zaman sizin əleyhinizə haçan işləyib?

– Efirə çıxmadığım zamanlarda.

– Nədən gözünüzü çəkə bilmirsiniz?

– Telefondan (gülürük).

– Sizi şou-biznesdən “qaçaq” salan nədir?

– Mən tanınmaq istəyirəm, ancaq o cəmiyyətə qoşulmaq istəmirəm. Heç bir şou-biznes nümayəndəsi ilə dostluq etmirəm. Çünki onların fikirləri ilə mənim fikirlərim üst-üstə düşmür.

 – Gün var, əsrə bərabər… Hansı gün idi o?

– Həyat yoldaşımıa tanış olduğum gün.

 – Mən onsuz da bilirdim ki,.. ardını siz özünüz tamamlayın.

– Mən onsuz da bilirdim ki, istədiyimə çatacağam.

 

Millixəbər.az: Cavidan Abdullayev

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five × 1 =