“Müğənnilərimiz Türkiyədə mükafatı pulla alırlar” – Elgiz sirləri açdı

0

Aparıcı Elgiz Əkbər “Səhər-səhər” verilişində Türkiyədə mükafat alan məşhurlarımızla bağlı açıqlama verib. 

Millixəbər.az xəbər verir ki, aparıcı bildirib ki, qardaş ölkədə mükafatı bizim tanınmışlar pulla alır. O, eyni zamanda mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı xatirəsini bölüşüb:

“İlhamə Quliyeva ilə Türkiyədə tədbirdə idik. Hərəmizə 15 min avro qonorar verdilər. İndi orada mükafatlandırmada bizimkilərdən pul alırlar. Bunu eşitmişəm, yanlışdır. O vaxt bizə mükafatın qonorarın vermişdilər.

İlhamə xanım dedi ki, gedək İstanbulun mağazalarına. Bir geyim götürdü, mən də bir xanıma hədiyyə almaq istədim. Eyni geyimdən götürdüm, gəldim kassaya. Dedi, nə almısan? Gördü onun kostyumundan götürmüşəm, dedi, apar qoy yerinə. Bundan bir dənə məndə olmalıdır”.(Axşam.az)

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

11 + seventeen =