“Multikulturalizm ilin”-də Konstitusiyaya dəyişikliklər ölkəmizdə çoxşaxəli islahatların davamı və tərkib hissəsidir

0
multikulriut
Qədim və zəngin tarixə malik olan ölkəmiz mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu məkanda yerləşməklə yanaşı, dinlərarası və sivilizasiyalararası münasibətlərin formalaşmasında özünün nümunəvi modeli ilə tanınır. Azərbaycanda dini və etnik zəmində heç bir qarşıdurma olmadığı tarixi faktdır və ənənə bu gün də dövlət siyasətimizin tərkib hissəsi kimi uğurla davam etdirilir. Eyni zamanda, biz xalq olaraq insanpərvərliyə xas normaları əzəldən yaşayışımıza, fəaliyyətimizə tətbiq etmişik, humanizmi özümüzə daimi istinadgah seçmişik. Ölkəmizin coğrafi mövqeyi dini, etnik zənginliyə səbəb olub ki, bunun da nəticəsində müxtəlif adətlərin, inancların mehribancasına qaynayıb-qarışdığı multikultural mühit yaratmağı bacarmışıq. Tarixin bütün dövrlərində ölkəmizdə bu gün multikulturalizm adlandırdığımız sosial münasibətin mövcudluğu və davamlılığını şərtləndirən, çağdaş dövrümüzdə belə, dünyanın bir sıra ölkələrinə hava, su qədər gərəkli olan çoxsaylı amillər olub. Bu amillərdən dinc birgəyaşayış ənənəsini, tolerantlıq, qarşılıqlı hörmət və ehtirama söykənən köklü münasibətləri örnək göstərə bilərik. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Qeyd etməliyik ki, dövlət başçısının Azərbaycanda multikultural münasibətlərin inkişafı yönündə atdığı addımlar davamlı xarakter daşıyır.
tolerantl;q
Azərbaycan dövlət siyasətində tolerantlığın gerçək mahiyyətini göstərməklə hər bir ölkəyə örnək ola biləcək addım atıb. Ölkəmizin daxili və xarici siyasətində birgəyaşayış ənənəsi, multikulturalizm həmişə aparıcı rol oynayıb. Hazırda dünyada baş verən milli, dini, irqi zəmində münaqişələr dünya ölkələrində tolerant və multikulturalizm mühitinin yaranmasını zəruri edir. Məncə, bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi dünyaya bir çağırışdır.
“Multikulturalizm ilin”-də xalqımız və müstəqil Azərbaycanımız üçün maraqlı hadisələrdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən 26 sentiyabr 2016-cı il tarixdə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumixalq səsverməsi (referendum) keçrilməsidir
ses verin
Konstitusiyanın qəbul edilməsindən 20 ildən artıq bir vaxt keçmişdir. Ötən müddətdə Azərbaycanda bütün sahələrdə yüksək inkişafa nail olunmuş, Azərbaycan Dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Ancaq zaman keçdikcə ölkənin hərtərəfli inkişafı üçün aparılan islahatların daha da sürətlənməsinə ehtiyac yaranır.
Bütövlükdə, Konstitusiyaya dəyişikliklər zamanın tələbi olmaqla yanaşı, ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların davamı və tərkib hissəsidir. Demokratik ölkələrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində davamlı islahatların həyata keçirilməsi ənənəvi haldır. Bu baxımdan, Konstitusiya islahatları da bu sırada yer alır. Demokratik inkişaf modelinə malik olan Azərbaycanda da Konstitusiyaya dəyişikliklərin edilməsi təqdirəlayiq haldır və bu, islahatlar siyasətinin tərkib hissəsi kimi xarakterizə edilir. Bu islahatlar Azərbaycanın milli gücünün daha da artmasına xidmət edəcək.
“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi də bu baxımdan son dərəcə əhəmiyyətlidir. Əsas qanuna təklif olunan dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkminləşdirmək mərkəzi icra hakimiyyətinin fəaliyyətinin səmərəliliyini daha da artırmaq iqtisadi sahədə islahatlar kursuna yuğun yeni çevik və effektiv idarəetmə mexanizimi formalaşdırmaqdır.
Təklif olunan layihəyə görə Konstitusiyaya 29 dəyişiklik nəzərdə tutulub. Dəyişikliklərin böyük qismi insan hüquq və azadlıqları ilə bağlı olub, bu sahədə daha səmərəli təminat mexanizimləri formalaşdırmaq məqsədi daşıyır.
Təklif edilən dəyişikliyə görə, Azərbaycan Respublikasının Prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilədək uzadılması nəzərdə tutulmuşdur.
Təklif olunan dəyişikliklərdən biri də yeni vitse-prezidentlər institutunun yaradılmasıdır. Bu dəyişikliyə görə Azərbaycan Prezidentinin Birinci vitse-prezidenti və vitse-prezidentlər təyin və vəzifədən azad etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Vitse-prezidentlik inistutu ölkəmiz üçün yeni olsa da dünyada geniş tətbiq olunur.
Əsas Qanuna təklif edilən dəyişikliklərdən biri də gənclərin dövlət idarəetmə sisteminin bütün mərhələlərində fəal iştirakına şəraitin yaradılmasını nəzərdə tutur. Yəni seçkilərdə iştirak hüququ olan hər bir şəxs,xüsusən də 18 yaşından etibarən gənclər seçkili orqanlarda öz şansını sınaya biləcək,yaxud da istedadlı,bacarıqlı gənclər müxtəlif yüksək vəzifələrə təyin olunacaqlar.
Beynəlxalq təcrübə də göstərir ki, dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin o cümlədən icra hakimiyyəti orqanlarının işinin təkminləşdirilməsi, ictimai münasibətlərin tənzimlənməsi və bu kimi məsələlərin həlli ilə bağlı islahatların həyata keçrilməsi zamanın tələbidir.
Baş qanuna dəyişikliklərlə bağlı layihədə idarəetmə sisteminin təkmilləşdirilməsi, hüquq və azadlıqların qorunması, hüquqlardan sui-istifadənin yolverilməzliyi, təhlükəsizliyin təmin olunması və digər məsələlər yer alıb.
Düşünürəm ki, nəzərdə tutulan əlavə və dəyişikliklər tam mütərəqqi xarakter daşımaqla ölkəmizdə insan hüquq və azadlıqlarının daha möhkəm qorunmasına, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına və inkişafına xidmət edəcəkdir.
salam
Fürsətdən istifadə edərək hər bir seçmək və seçilmək hüququ olan vətəndşlarımızı seçkidə fəal olmağa ana qanuna dəyşikliklərə səs verməyə çağırıram…
Ilqar
İlqar Ağabəyov
Salayan rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × four =