Musa Qasımlı: Sumqayıt hadisələrini törədən erməni millətçiləridir

0

“Prezident İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş mərasimindəki çıxışı gerçəklikləri əks etdirir. Həqiqətən də,  1990-cı illərin əvvəlində Azərbaycanda xalq ilə hakimiyyət arasında dərin uçurum yaranmışdı. Azərbaycanın müstəqilliyi təhlükə altına düşmüşdü.Millixəbər.az xəbər verir ki, bu fikirləri  Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Həmin dövrdə Azərbaycanın xaricdən dəstəklənən separatçılıqla və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını deyən M.Qasımlı bildirib ki, belə bir şəraitdə çarəsiz qalan hakimiyyət xalqın tələbi ilə Naxçıvandan Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etdi: “Ulu Öndərin Heydər Əliyevin Bakıya dəvət edilməsi müstəqil Azərbaycan dövlətçiliyini dağılmaqdan xilas etdi, xalqı vətəndaş müharibəsi təhlükəsindən qorudu və gerçək dövlət quruculuğuna başlanılıb”.

Millət vəkili qeyd edib ki, mərasimdə Azərbaycan Prezidenti haqlı olaraq Sumqayıt hadisələrini erməni millətçilərinin təxribatı adlandırdı: “Dövlət başçısı “Artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir” deməklə, bu hadisələri yenidən olduğu kimi ictimaiyyətə xatırlatdı”.

Prezident İlham Əliyev Sumqayıt hadisələri ilə bağlı fikirlərinə toxunan M. Qasımlı qeyd edib ki, dövlət başçısı məhz bu çıxışı ilə həm Sumqayıt hadisələrinin, həm də erməni xislətinin əsl mahiyyətini açıqladı.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

3 × two =